Ermənistanda KİLSƏ ƏMƏLİYYATI

13:04 16-05-2024 | icon 249 | Siyasət
Ermənistanda KİLSƏ ƏMƏLİYYATI

Rəşad Bayramov: “Amma sayca az bu qüvvələrin Paşinyanı devirmək gücü yoxdur”

 

“Kilsənin erməni ictimaiyyətinə təsir imkanları hər zaman üst səviyyədə olub. Ermənistanın terror, soyqırım, işğal siyasəti kilsə ideologiyasının məhsuludur və erməni toplumunun “böyük Ermənistan” xülyası ilə tərbiyə olunmasında kilsənin rolu əvəzsizdir”.

 

Versus.Az xəbər verir ki, bunu ermənilərin kilsə siyasəti ilə bağlı açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

 

Birinci Qarabağ savaşından əvvəlki dönəmdə və sonrakı mərhələrdə kilsənin Azərbaycan ərazilərinin işğalda saxlanılması, terror aktları ilə bağlı dəfələrlə çağırışlar etdiyinə şahid olduğumuzu vurğulayan politoloq qeyd edib ki, indi də faktiki olaraq Ermənistanda kilsənin ayaqlanıb hakimiyyət uğrunda mübarizəyə başlaması düşmən siyasətlərindən əl çəkməməsindən, işğal siyasətini davam etdirməsindən, qonşulara qarşı ərazi iddiası ilə çıxış etməsinin davam etdiriməsinə dəstək vermələrinin göstəricisidir:

 

“Ermənistanda aksiyalara rəhbərlik edən keşiş "revanşistəm, ömrümün sonuna qədər revanşist olmaqda davam edəcəm" bəyanatları ilə çıxış edirsə, əgər erməni katalikosu Qaregin öz bəyanatlrında yenə də müharibəyə çağırışlar edərək - “9 may təkcə qələbə günü deyil, həm də Şuşanın azad olunması günü kimi qeyd olunmalıdır”, “bu gün Arsax ordusunun yaranma günü qeyd olunur, təəssüf ki, insanlarımızın qanı bahsına azad olunan Qarabağ yenidən işğal altındadır” - deyirsə, bu, düşmənin işğal niyyətindən əl çəkmədiyinin göstəricisidir”.

 

R.Bayramov bildirib ki, bu gün erməni kilsəsinin arxasında dayanan, onları hərəkətə gətirən güclər bir yerdən idarə olunmur. Onun sözlərinə görə, proseslərin arxasında dayanan, ən aktiv şəkildə dəstək verənlərdən biri Rusiya Apostol kilsəsinin rəhbəri Mkırtıç Nersisyandır:

 

“Nersisyan 1986-88-ci illərdə Sankt-Peterburq Ruhani Akademiyasında aspiranturada oxuyub, 2020-ci ildə Eçmədzin monastırında Sankt-Peterburq erməni icmasının tarixi mövzusunda dissertasiyanı müdafiə edərək, arxamandrit dərəcəsi alıb. 2002-ci ildən Rusiya Prezidenti yanında dini icmaların qarşılıqlı əlaqəsi şurasının üzvüdür. Maraqlı hal budur ki, Mkırtıç Nersisyan dünya ermənilərinin katalikosu erməni Apastol Kilsəsinin başçısı II Qareginin qardaşıdır”.

 

Politoloq bildirib ki, erməni keşişin rəhbərlik etdiyi aksiyaya Köçəryan, Sarkisyan cütlüyünün və həmin dövrdə hakimiyyətdə olmuş rusiyapərəst nazirlərin, ordu mənsublarının dəstək verdiyini nəzərə alanda belə bir təəsürat yaranır ki, aksiyaların arxasında Rusiya dayanır.  Eyni zamanda qeyd edib ki, erməni kilsəsi dünyada erməni diasporası ilə çox sıx əlaqədə olan, onun maliyə dəstəyi ilə ayaqda duran inkişaf edən qurumdur:

 

“Eləcə də ayrı-ayrı Qərb dairələrinin Paşinyanla bağlı vahid mövqeyi yoxdur. Bir sıra Qərb dairələri Paşinyanın üzərinə götürdüyü öhtəlikləri icra etmədiyindən narazıdırlar. Ona görə də Paşinyanın başqa bir qərbyönümlü şəxsə dəyişmək istəyən qüvvələrin də kilsəyə dəstək verdiyini söyləmək olar. Amma qeyd etmək lazımdır ki, erməni çoxluğu Paşinyanı dəstəkləyir. Hesab edirəm ki, sayca az olan qüvvələrin Paşinyanı devirmək gücləri yoxdur. Ola bilər ki, Paşinyan da başqa bir qəbyönümlü şəxsi dəstəkləyə bilər. Bu şərtlər daxilində Ermənistanda hakimiyət dəyişikliyi olmayacağını yaxşı bilirlər”.

 

LƏMAN
versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Qubadlı Şəhəri Günüdür

Nazirlikdən özəl bağçalarla bağlı QƏRAR

Əlində qəribə bir şey tapıldı

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Dünyanın ən utancaq insanı

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Prezident bu postu LƏĞV ETDİ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

3 boksçumuz dünya birinciliyində qalib gəldi

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA