"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

16:30 31-10-2024 | icon 50 | Siyasət
"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Ədalət Verdiyev: “Hazırda Azərbaycan ordusu XXI əsrin tək qalib ordusudur”

 

"Son illər ərzində Azərbacan ordusunun döyüş potensialına görə reytinqinin ildən-ilə artmaqdadır. Azərbaycanın Vətən müharibəsində və ondan sonrakı əməliyyatlarda əldə etdiyi qələbələrlə birbaşa əlaqəlidir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

 

O, qeyd edib ki, Ali Baş komandanımız İlham Əliyev dövlət quruculuq sahəsində ordu ilə bağlı məsələləri daim prioritet olaraq diqqətdə saxlayır. Və orduya ayrılan xərclər hər il durmadan artır:

 

"Azərbaycan ordusunun texniki bazasını gücləndirmək üçün Azərbaycan dövləti kifayət qədər geniş imkanlara və siyasi iradəyə malikdir. Reytinq cədvəlində ilk 50 güclü ordu arasında yer alan Azərbaycanın hazırda birdən-birə reytinqinin 29-cu pilləyə qədər yüksəlməsi birmənalı olaraq keçən il Azərbaycan silahlı qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror əməliyyatları ilə də əlaqədardır. Antiterror əməliyyatı özü-özlüyündə unikal bir əməliyyat idi. Daha əvvəllər bu surətlə bu qədər böyük ərazilər separatçılardan və terrorçulardan heç vaxt təmizlənməmişdi. Bunu ilk dəfə Azərbaycan ordusu həyata keçirdi. Görünür beynəlxalq təşkilatlar da gecə də olsa ordumuzun bu geniş döyüş imkanlarını diqqətə almaq məcburiyyətində qalıblar.
Hazırda Azərbaycan ordusu XXI əsrin tək qalib ordusudur. Ali Baş komandanımızın orduya ayırdığı diqqəti sayəsində bundan sonra da ordumuzun reytinq cədvəllərində mövqeyi daha da üst səviyyələrdə yer alacaqdır”.

 

Ə.Verdiyev Ermənistanın silahlanması ilə bağlı məsələyə diqqət çəkib. Bildirib ki, bu fakt bir daha onu göstərir ki, işğalçı ölkə başına gələn fəlakətlərdən doğru-düzgün nəticə çıxarmır və Azərbaycana qarşı revanşa hazırlaşır:

 

“Lakin bu silahlanma Ermənistana əvvəllər olduğu kimi, bu dəfə də heç bir müsbət dividentlər qazandırmayacaq. Əksinə, Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək. Ermənistanın silahlarına qarşı qoya biləcəyimiz çox sayda kompleksləşmiş silah sistemlərimiz var.
Ermənistanın indiki vəziyyəti və ona istənilən silahın verilməsi regionun güc balansına təsir etməyəcək. Amma Ermənistanın əldə etdiyi bu silahlar onu lokal eskalatsiya yaratmasına gətirib çıxara bilər ki, bu da Ermənistanın növbəti və daha ciddi sayda itkiləri ilə nəticələnə bilər”. /hafta.az/

 

LƏMAN

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Qubadlı Şəhəri Günüdür

Nazirlikdən özəl bağçalarla bağlı QƏRAR

Əlində qəribə bir şey tapıldı

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Dünyanın ən utancaq insanı

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Prezident bu postu LƏĞV ETDİ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

3 boksçumuz dünya birinciliyində qalib gəldi

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA