Yeni sirk proqramı hamını heyran etdi
Bu gün, 29 oktyabrda, Circus Sea Breeze-də yeni mövsüm "Buffalo Show" adlı beynəlxalq sirk proqramı ilə başladı.
Versus.Az xəbər verir ki, Sirk Oskarı mükafatı sahibi Allahverdi İsrafilovun hazırladığı bu şou hər kəsə unudulmaz anlar yaşatdı!
Keniyadan, Rusiyadan, Efiopiyadan, Almaniyadan, Belarusdan və Ukraynadan gələn sənətçilər – akrobatlar, kəndirbazlar, hava gimnastları, klounlar və jonglyorlar – öz çıxışları ilə hamını özlərinə heyran etdilər. Arenada hər bir hərəkət sanki sirkin sərhədsiz imkanlarını göstərirdi.
Bu günün xüsusi məqamı isə xeyriyyə məqsədilə açılış tamaşasının valideyn himayəsindən məhrum uşaqlar, sağlamlıq imkanları məhdud olan uşaqlar, şəhid və qazi ailələrinin övladlarına həsr olunması oldu.
Tamaşaçılar üçün rahatlığı təmin etmək məqsədilə metronun "Koroğlu" stansiyasından sirkin ərazisinə və şoudan sonra geri pulsuz avtobuslar təşkil ediləcək.
2 noyabrdan etibarən proqram daha da zənginləşəcək — sizi yeni nömrələr və gözlənilməz sürprizlər gözləyir. Mövcud virus vəziyyəti ilə əlaqədar olaraq, təşkilatçılar şouda vəhşi heyvanların olmamasını qərara alıblar ki, bu da hər bir çıxışa özünəməxsusluq və sehr qatacaq.
Qeyd edək ki, proqram yanvar ayının 5-dək davam edəcək.
Biletlərin qiyməti 10 manatdan başlayır. Biletləri şəhərin bütün kassalarından və iticket.az saytından əldə edə bilərsiniz.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ