Prezident dəyişiklik etdi

15:26 30-10-2024 | icon 31 | Siyasət
Prezident dəyişiklik etdi

"Turizm haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

 

President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

 

Dəyişikliyə əsasən, qanuna 19.5-ci maddə əlavə edilir.

 

Həmin maddəyə əsasən, turizm və rekreasiya zonalarının ərazilərində aşağıdakılar qadağan edilir:

 

1. kimya sənayesi, metallurgiya, nüvə energetikası ilə bağlı fəaliyyət;

2. iri sənaye müəssisələrinin, texnoloji avadanlıq və maşınqayırma sənayesi müəssisələrinin fəaliyyəti;

3. tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin fəaliyyəti, habelə bu məqsədlə qurğuların, poliqonların quraşdırılması ilə bağlı fəaliyyət;

4. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi (ƏMTQ) tərtib edilmədən və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilmədən həyata keçirilən fəaliyyət, habelə ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olmadan həyata keçirilən digər fəaliyyət.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Aidiyyəti təşkilatlara SƏSLƏNİRƏM

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Onların sertifikatları nə dərəcədə etibarlıdır?

Bülbüloğlu "Qələbə" marşı YAZACAQ

"İndiana Cons" filmində təsvir edilən məbəd tapıldı

Bağında alma boyda qoz yetişdirir

Aviaşouda faciə

O, uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

III turda daha 16 görüş olacaq

Dilarə Əliyeva jurnalistlərlə görüşüb

"Bavariya" üzərində inamlı qələbə

Qubadlı Şəhəri Günüdür

Azərbaycanlı idmançı Rusiyada döyüldü

Bu bağçalarda təhsil haqqının yarısı ödəniləcək

Nazirlikdən özəl bağçalarla bağlı QƏRAR