Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

10:41 30-10-2024 | icon 25 | Cəmiyyət
Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

2024-cü ildə Azərbaycanda yeni doğulan 1 uşağa Atatürk adı qoyulub.

Versus.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin məlumatında bildirilib. Bu, son 10 ildə Azərbaycanda Atatürk adı verilən ilk körpədir.

 

Qeyd edək ki, Azərbaycanda rəsmi qurumlar uzun müddət yeni doğulan körpələrə Atatürk adınının qoyulmasını yasaqlamışdı. Ümumiyyətlə, 2014-cü ildən bəri buna icazə yox idi. Bu qadağa qeyri-rəsmi tətbiq olunurdu.

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bunu onunla əsaslandırmışdı ki, Türkiyə hökuməti illər öncə Azərbaycan tərəfinə müraciət edəndən sonra bu adın verilməsinə qadağa qoyulub.

 

Həmin müraciətdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün tarixi şəxsiyyət olması səbəbindən ona hörmət əlaməti olaraq bu adın yeni doğulanlara verilməməsi xahiş olunmuşdu.



Görünür, qeyri-rəsmi qadağa artıq aradan qalxıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Aidiyyəti təşkilatlara SƏSLƏNİRƏM

Sümükləri bərkidən "Yaşıl süd"

Sümük və oynaq ağrılarına jelatin

İvanişvilidən Saakaşvilinin partiyasına TƏHDİD

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Onların sertifikatları nə dərəcədə etibarlıdır?

"Təxminən 30 il və 25 milyard dollar lazımdır”

Bülbüloğlu "Qələbə" marşı YAZACAQ

"İndiana Cons" filmində təsvir edilən məbəd tapıldı

Bağında alma boyda qoz yetişdirir

Aviaşouda faciə

III turda daha 16 görüş olacaq

O, uzun müddət yaşıl meydanlardan uzaq qala bilər

Dilarə Əliyeva jurnalistlərlə görüşüb

"Bavariya" üzərində inamlı qələbə