İvanişvilidən Saakaşvilinin partiyasına TƏHDİD
“Seçkidən sonra sizi yox edəcəyik”
“Avropa Parlamentinin Gürcüstandan Rusiyaya qarşı sanksiyalara qoşulmaq tələbi bizə qarşı böyük təzyiqin nəticəsidir. Müxalifətin bəzi üzvləri bu barədə danışmağa cəsarət edib, bəziləri isə susub”.
Musavat.com xəbər verir ki, bu sözlər Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin “İmedi” telekanalına müsahibəsində səslənib.
İvanişvili keçmiş baş nazir və “Gürcü Arzusu” partiyasının hazırkı sədri İrakli Qaribaşvili ilə maraqlı bir epizod barədə danışıb. Sabiq baş nazirin sözlərinə görə, Qərb ölkələrinin rütbəli məmurlarından biri Gürcüstana Rusiyaya qarşı üç-dörd günlük döyüş, daha sonra isə meşədə partizan müharibəsini davam etdirməyi təklif edib.
İvanişvilinin dediyinə əsasən, Qaribaşvili buna etiraz edib və saylarının az olduğunu bildirib:
“Xeyr, üç milyonunuz var və onlar üç-dörd günə hamınızı məhv edə bilməyəcəklər. Siz meşəyə girib partizan müharibəsini davam etdirə bilərsiniz, biz sizə kömək edəcəyik, orada da döyüşə bilərsiniz,” - (İvanişvilinin iddia etdiyi kimi - red.) həmin ölkə rəsmisi Gürcüstan baş nazirinə cavab verib.
İvanişvili əlavə edib ki, son 12 ildə ölkədə baş verən hadisələrin təkrarlanmaması üçün “Gürcü Arzusu” komandası mütləq konstitusion səs çoxluğu əldə etməli və Saakaşvilinin “Milli Hərəkat” partiyasından qurtulmalıdır.
“Biz heç kimə hədə-qorxu gəlmirik, sadəcə olaraq ölkəmizi qorumaq və orada yaşamaq istəyirik. Biz uşaqlarımızın burada yaşamasını istəyirik. Bu, bizim sadə arzumuzdur. Biz heç kimi təhdid etmirik və təcavüz etmirik. Biz aqressiv şəkildə yalnız özümüzü qoruyuruq. Görürsünüz, kənarda necə böyük qüvvə bizə qarşı vuruşur. Ona görə də komandanı gücləndirə, ictimaiyyəti maarifləndirə bildik. Düşünürəm ki, ictimaiyyət də bu prosesləri çox görüb və anlayır” - deyə Bidzina İvanişvili qeyd edib.
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ