Lənkəranda Veravulçay DAŞIB

12:28 30-10-2024 | icon 297 | Hadisə
Lənkəranda Veravulçay DAŞIB

Torpaq yuyulub, təsərrüfatlara ziyan dəyib

 

Lənkəranda son günlər yağan intensiv yağışlar Veravulçayın daşmasına səbəb olub.

 

Sel səbəbindən rayonun Vilvan kəndində 10-a yaxın ailənin yaşadığı evlər üçün təhlükəli vəziyyət yaranıb, eləcə də sel suları sakinlərin təsərrüfatlarına xeyli ziyan vurub. Təbii fəlakət nəticəsində meyvə bağlarını, istilikxanaları sel aparıb, bəzi yerlərdə torpaq yuyulub.

 

Ərazidə yaranan vəziyyətlə bağlı Lənkəran Rayon Su Meliorasiya İdarəsi tərəfindən həyətyanı sahələrə baxış keçirilib. Mövcud vəziyyət nəzərdən keçirilib və əraziyə ağır texnikalar cəlb olunub. İdarənin mütəxəssisi Ayıq Əliyev bildirib ki, ötən il də idarə tərəfindən çayda məcradəyişmə işləri görülüb, lakin yağıntının çox olması işlərinə ziyan vurub.

 

Qeyd edək ki, bu günə kimi Veravulçayın Vilvan və Veravul kəndlərindən keçən hissəsində sağ və sol sahilində 2 800 poqonometr uzunluğunda betondan mühafizə divarı tikilib. /apa/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Bakıda DƏHŞƏTLİ HADİSƏ

7 şəhidimiz dəfn olunacaq

"Ermənistan silahlandıqca Azərbaycan daha da güclənəcək"

Azərbaycanda Atatürk adına qoyulan qadağa GÖTÜRÜLDÜ

Qobustanda QƏTL

Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?

Yeni sirk proqramı hamını heyran etdi

Bu gün daha 4 görüş keçiriləcək

Lənkəranda Veravulçay DAŞIB

Bakı Kənar Dairəvi yolunda uçqun TƏHLÜKƏSİ

Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi DƏYİŞDİ

Dəniz suyu içə bilən meymunlar aşkarlandı

"Bu onun üçün ağır nəticələrə səbəb olacaq"

Hansı bağırsaq şişləri ən təhlükəlidir?