Gürcüstanın MSK-sı bülletenləri yenidən SAYACAQ
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkiləri ilə bağlı öz məlumatlarını iki dəfə yoxlamaq üçün hər bir dairədə beş seçki məntəqəsinin bülletenlərinin yenidən hesablanması barədə qərar qəbul edib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, dünən axşam saatlarında Tbilisinin mərkəzində müxalifət qüvvələrinin çoxminlik aksiyası keçirilib.
Birləşmiş müxalifət oktyabrın 26-da keçirilən və hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi seçkilərin nəticələrini tanımır.
Parlamentə daxil olan 4 müxalifət qüvvəsindən 3-ü mandatlarından imtina edəcəklərini açıqlayıb.
Gürcüstan prezidenti Salome Zurabişvili də seçkinin nəticələrini tanımadığını elan edib.
Xatırladaq ki, MSK-nın məlumatına görə, “Gürcü arzusu” seçicilərin 53,9 faizini, “Dəyişikliklər Alyansı” 11 faizə yaxın, “Vahid Milli Hərəkat” 10,1 faiz, “Güclü Gürcüstan” 8,8 faiz səs toplayıb. Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası 7,7% səs toplamaqla parlamentə düşən 4-cü maxalifət təşkilatıdır. Qalan səslər digər partiyaların payına düşür.
Gürcüstanda parlamentə düşmək üçün 5%-lik baryeri aşmaq tələb olunur.
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ