Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi DƏYİŞDİ
"Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3382 nömrəli Sərəncamında dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun adı Müşahidə Şurasının üzvləri sırasından çıxarılıb. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin adı Müşahidə Şurasının üzvü olub.
Xəbər lenti
Prezident dəyişiklik etdi
Turizm və rekreasiya zonalarında qadağalar qüvvəyə mindi