Əlində qəribə bir şey tapıldı

08:19 25-10-2024 | icon 110 | Maraqlı
Əlində qəribə bir şey tapıldı

Peruda "yadplanetli mumiyanı" əməliyyat etdilər

 

Peruda tapılan və "Üçbarmaqlı Naska" (tapıldığı ərazinin adına uyğun) adlandırılan "yadplanetli mumiyanın" əlinin yarılması zamanı görünüşcə gümüşü folqa parçasına bənzəyən yüngül metal implant tapılıb.

 

"Daily Mail" yazır ki, alimlər bununla bağlı görüntülər paylaşıblar. Şəkillərdə tədqiqatçılardan birinin üçbarmaqlı əldən pinsetlə ehtiyatla "yadplanetli implant" çıxardığı görünür.

 

"Bu, belə keyfiyyət və saflığa nail olunması üçün müəyyən bilik və bacarıq tələb edən çox mürəkkəb metal ərintidir. Biz metalın tərkibində alüminium, qalay, gümüş, mis, kadmium və osmium kimi elementləri müəyyən edə bildik", - deyə əlin yarılması ilə məşğul olan Meksika Hərbi Dəniz Qüvvələrinin məhkəmə-tibb eksperti doktor Xose Zalse Benites bildirib.

 

Şəkillərdə, həmçinin "yadplanetlinin" əlində "ovuc" sümükləri də görünür.

 

"İçindən metal çıxardığımız bu üçbarmaqlı əl bir müddət əvvəl Meksika Konqresində təqdim edilən mumiyaların heç birinə aid deyil. Bu əl Peruda tapılan ayrı qalıqlar seriyasının bir hissəsidir", - deyə Zalse vurğulayıb.

 

Həmçinin qeyd olunur ki, yarılmadan əvvəl "metal implantı" çıxarmaq üçün üçbarmaqlı əl diqqətlə rehidratasiya edilib.

 

"Biz toxumanı qorumaq və yarma zamanı zərəri minimuma endirmək üçün kriminalistik texnikadan istifadə etdik. Meyitlərin rehidratasiyası üçün istifadə olunan və çox dəqiq konsentrasiya faizlərinə malik olan xüsusi serumdan istifadə edilib. Bu texnika FTB tərəfindən istifadə olunur və məhkəmə-tibb araşdırmaları zamanı məlumatları bərpa etməyə, yaxud məlumat əldə etməyə kömək edir", - deyə məhkəmə-tibb eksperti bildirir.

 

Tədqiqatçılar qrupu təsdiq edir ki, onların yardığı əl Meksika Konqresində təqdim edilən nümunələrdəki əllərə bənzəyir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Zəngilan Şəhəri Günüdür

Qadınların qorxulu yuxusu - KLİMAKS

Bu gün 1462 nəfər imtahan verəcək

O, özünə bunu etdi

"Wi-Fi"dan təhlükəsiz istifadə QAYDALARI

Ətraf mühitin qorunması çağırışlı daha bir SƏRGİ

Şahid anası: “Cəmil ilk dəfə bizi bir onda aldatdı…”

56 yaşlı türk velosəyahətçi Azərbaycanda

Mincivan qəsəbəsinin işğaldan azad olunmasının 4-cü ili

“Hakim partiyanın qalib olması Azərbaycanın maraqlarına uyğundur”

Bakıya YAĞIŞ, rayonlara QAR...

Van Dammın Qəbələdəki heykəli götürüldü

İrandan İsrailə XƏBƏRDARLIQ

3 minə yaxın jurnalist qeydiyyatdan keçdi

Sahibkarlar işçiləri istismar edirlər?