Azərbaycan Ordusunu güclülər sırasında görən xarici nəşr nəyə işarə edir?
Şair Ramaldanov: “Azərbaycan silahlı qüvvələrinin inkişafın daimi bir prosesdir”
Verilən xəbərlərə əsasən ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən təqdim olunan məlumatlarda Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü ordularının reytinqində 29-cu sırada yer alması müxtəlif aspektlərdə təhlil olunmaqla birmənalı qarşılanmır. Adıçəkilən nəşrin Azərbaycan Ordusunu güclülər sırasında təqdim etməsi Ermənistanı silahlandıran və region özünün nəzarətinə salmaq istəyən ABŞ kimi dövlətlərin ölkəmizə qarşı yönəltdiyi siyasi oyunların növbəti həmləsi kimi dəyərləndiril. Eyni zamanda, bu, hərbi ekspertlər tərəfindən 44 günlük Qarabağ müharibəsinin məntiqi nəticəsi kimi dəyərləndirib. Qeyd edək ki, “U.S. News and World Report” nəşrinin məlum siyahısında Rusiya, ABŞ, İsrail, Çin, Böyük Britaniya, Almaniya, Türkiyə, Ukrayna orduları yer alıb. Qeyd edək ki, Banqladeş siyahıda 30-cu, Kolumbiya 31-ci, Kanada 32-ci, İtaliya 34-cü yeri tutur. Ermənistan və Gürcüstan siyahıda yer almayıb.
Eyni zamanda Qərb nəşrində qeyd edilib ki, Azərbaycan Qafqaz regionunda, Avropa və Asiya sərhədində yerləşən ölkədir. Coğrafi kəsişmədə yerləşən ölkə 1918-ci ildə, Birinci Dünya Müharibəsindən sonra ilk dəfə, demokratik respublika olmazdan əvvəl bir çox imperiyaların hakimiyyəti altında olub. Ancaq müstəqil olduqdan cəmi iki il sonra SSRİ-nin tərkibinə daxil edilib. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Azərbaycan yenidən müstəqil respublika olub.
Sözügedən nəşr əhalini “etnik azərbaycanlılardır” deyə təqdim etməklə sətraltı qərəzli mahiyyətini də ortaya qoyub.
Versus.Az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin 29-cu sırada təqdim olunması nə ilə bağlı hərbi ekspert Şair Ramaldanov "həftə içi"nə şərh verib.
O, ilk növbədə belə xəbərlərin insanda qürurverici bir hisslər oyatdığını deyib. O, eyni zamanda Azərbaycanda bütün sahələr üzrə gedən inkişafın göz qabağında olduğunu vurğulayıb:
“Azərbaycanın ümumi inkişafı, iqtisadi potensialı, maliyyə durumu, xalq-iqtidar birliyi, həyatımızın sabit təminatda keçməsi - bütün bu göstəricilər Azərbaycan ordusunun və Azərbaycan silahlı qüvvələrin gücünə bilavasitə təsir edən amillərdir. Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin Silahlı Qüvvələrin müzəffər Ali Baş komandanı olaraq Silahlı Qüvvələrə olan diqqəti, onun qısa şəkildə “Azərbaycan ordusu nə lazımdırsa, onu da alacaq” sözləri ordusuna olan inamını, mövqeyini tam göstərmiş oldu. Mən deyərdim ki, bu gün dünya ölkələrinin Ali Baş komandanlarından öz ordusu ilə bağlı belə bir konkret ifadə eşitməmişik. Cənab İlham Əliyev bir daha Silahlı Qüvvələrə hansı şəkildə önəm verdiyini məhz “Azərbaycan ordusu nə lazımdırsa, onu da alacaq” fikri ilə diqqətə çatdırdı. Azərbaycan Silahlı Qüvvələrin hərbçiləri Azərbaycan xalqının qürur yeridir. Azərbaycan xalqı bütün hərbçilərə hörmətlə yanaşır. Bizim hərbçilərimiz hər cəhətdən Azərbaycan cəmiyyətində yaxşı mənada seçilirlər. Bu gün Ermənistan hansısa imtiyazlılarla, hətta təqaüddə olan hərbçiləri çağırıb öz ordusunu onlarla formalaşdırırsa, Azərbaycanın belə bir problemi yoxdur. Yəni Azərbaycanın bir elanı ilə minlərlə gənc orduya xidmət etməyi özlərinə borc bilirlər. Bu, Azərbaycan Silahlı Qüvvələrinin bütün istiqamətlərdə olan inkişafının nəticəsidir. Bu, Azərbaycan gənclərinin bu gün vətənpərvərlik ruhunun yüksək olmasını göstərir”.
Ş.Ramaldanov hesab edir ki, hansısa bir xarici nəşrin Azərbaycan ordusunu 29-cu yerdə görməsi silahlı qüvvələrin inkişafında bilavasitə əməyi olan çoxsaylı insan, qurum, nazirliklər və başda Ali Baş komandan, Prezident İlham Əliyev olmaqla böyük zəhmətin, böyük diqqətin, böyük dəstəyin nəticəsi kimi də qəbul edilə bilər. Onun fikrincə, bu ancaq Azərbaycanın silahlandırılmasının nəticəsi deyil. Bu, Azərbaycan Silahlı Qüvvələri hərtərəfli inkişaf nəticəsinin göstəricisidir:
“Azərbaycan ordusunda çox güclü, savadlı, öz vəzifəsinin öhtəsindən layiqincə gələn, qarşıda qoyulan tələblərə cavab verən peşkar heyət var. Bunlar bizim zabitlərimizdir, bunların içində bizim müqavilə əsasında hərbi hissələrdə hətta növbətçiliyə yazılan peşəkar gənclərimiz var. Əlbəttə, həqiqi hərbi xidmətə gələn gənclərimizi də unutmaq olmaz. Bizim gənclərimiz Azərbaycan ordusuna və silahlı qüvvələrinə artıq xidmətə gedərkən orta məktəblərdə inkişaf edən maddi-texniki bazanın əsasında hərbi dərslər alır, artıq ilk bilgilərə ordan qaynaqlanaraq orduya gəlirlər. Artıq onların adaptasiya müddəti və silahlarına peşkarlıqlara yiyələnməsi əvvəlki illərdən fərqli olaraq daha yaxşı inkişaf edir. Bunun üçün həm də hərbi hissələrdə və qurumlarda yaranan maddi-texniki bazanın da inkişafı özünəməxsus rol oynayır.
Azərbaycan ordusunun və silahlı qüvvələrin inkişafı əlbəttə Azərbaycanın yaxın tarixdə gördüyü və əldə etdiyi nəticələrdir. Bunun ən əsası Azərbaycan ordusunun 44 günlük müharibədə qələbə qazanaraq ərazi bütövlüyümüzü bərpa etməsidir. Prezident İlham Əliyev hələ aprel hadisələrindən sonra bunun anonsunu verərək demişdi ki: - “Azərbaycan ordusu qısa zamanda işğalçı qüvvələri darmadağın edərək ərazi bütövlüyünü bərpa etməyə qadirdir”. Baxın, 30 il müdafiədə olan və güclü silahlarla silahlanan müdafiə xəttini keçməz mifi yaradan bir düşməni Azərbaycan ordusu qısa zamanda darmadağın edərək ərazi bütövlüyünü bərpa etməyə qadir oldu. Və bu gün biz qalib orduyuq, qalib silahlı qüvvələrik, qalib xalqıq və müzəffər Ali Baş komandanımız var.
Azərbaycan ordusunun inkişafı özünü demək olar ki, həm də antiterror tədbirlərində göstərdi. Yəni bu gün dünyada gedən proseslər yaxın Şərqdə İsrailin Həmasa qarşı antiterror tədbirlərinin fonunda və digər antiterror əməliyyatları fonunda Azərbaycanın 1 sutkalıq antiterror tədbiri 15 minə qədər sayı olan tanklar, artireliya qurğuları, raket yayım vasitələri, hava hücumdan müdafiə sistemləri ilə silahlanmış terrorçuları Azərbaycan ərazisində yerləşən qanunsuz erməni silahlı birləşmələri darmadağın edərək Azərbaycanda separatizmə son qoymuşdu. Və bunun əhəmiyyətinin qat-qat artmasının səbəbi ondadır ki, Azərbaycan ordusu öz peşəkarlığı ilə bu əməliyyatı elə bir belə demək olarsa, zərgərlik dəqiqliyi ilə keçirərək heç bir mülki şəxsə və mülki infrastrukturaya zərər yetirməmişdi. Əgər yaxın Şərqdə gedən proseslərə diqqət yetirsək, Həmasa qarşı antiterror əməliyyatları 40 mindən yuxarı mülki şəxsin təlafatına, 40-50 faiz mülki infrastrukturun dağılmasına və hələ də bu prosesin artıq 1 ildən çoxdur davam etdiyini görərik. Ancaq istər ərazi baxımından, istər qarşımızda olan qüvvə baxımından Azərbaycanın terrorçulara qarşı apardığı antiterror tədbirləri isə daha böyük ərazidə - dağlıq, meşəlik sayılan çətin relyefdə və ağır silahlarla silahlanan düşmənə qarşı aparılmışdı. Və əlbəttə, bu gün Azərbaycan silahlı qüvvələrinin apardığı istər 44 günlük müharibə, istər 1 sutqalıq antiterror tədbirləri cənab presidentin də dediyi kimi, aparıcı akademiyalarda, hərbi məktəblərdə təcrübə kimi istifadə olunur.
Azərbaycan ordusunun inkişafı, silahlı qüvvlərin gücü bu gün Azərbaycan torpaqlarının toxunulmazlığının qarantı olaraq həm də bu regionda sülhün dayanaqlılığına təsir edən bir gücdür. Azərbaycan qonşu ölkələrin torpaqlarına hörmətlə yanaşaraq ərazi bütövlüyünü tanıyır və heç bir dövlətə, hətta hələ də sülh müqaviləsi imzalamayan müharibə şəraitində olan Ermənistana qarşı da işğal gözü ilə baxmır. Əlbəttə, Azərbaycan bu gün bu mövqeyi ilə regionda gedən təhlükəli proseslərə müəyyən bir şəkildə öz nüfuzu ilə təsir etmək imkanına malikdir”.
Ş.Ramaldanov Ali Baş komandanın VII çağırış Milli Məclisdəki çıxışına diqqət çəkib:
“Prezident orada söyləmişdi ki, bu gün dünyada gedən proseslər ancaq güclü silahlı qüvvələri olan bir ölkə öz dövlət maraqlarını qoruya bilər. Yəni bugünkü dünyada əlbəttə ki, güc birliyi göstərən bizim qələbənin rəmzi olan yumruğumuzu bu gün Azərbaycanın müstəqilliyini qoruyan və Azərbaycanın haqq işinin qarantı kimi qəbul etmək lazımdır”.
Ekspert son zamanlar, hətta COP 29 ərəfəsində Azərbaycana qarşı olan bəzi ölkələrin təzyiqlərini qeyd edib. O, bütün bunlarla yanaşı Azərbaycanın bütün beynəlxalq normalara hörmətlə yanaşmasını, öz nüfuzundan irəli gələn və müdrik siyasət yeridən Prezidentin atdığı addımları xüsusilə vurğulayıb:
“Bu addımlar istər daxildə, istər xaricdə Azərbaycanı öz müstəqilliyini və xalq işini qorumağa, müdafiə etməyə imkan verir. Azərbaycanın bu gün Qoşulmama Hərakatında olan mövqeyi də bütün siyasi proseslərin, Azərbaycana olan təzyiqlərin qarşısını almağa imkan verir. VII çağırış Milli Məclisdəki çıxışında cənab İlham Əliyev “Bizim ailəmiz Türk Dünyasıdır” deyərək Azərbaycanın bu gün əsas prinsipləri istiqamətini elan etdi. Və bu gün Azərbaycan Silahlı Qüvvələri türk dünyasının, türk birliyi ölkələrinin, xüsusən də Orta Asiya qardaşlarımızın birgə inkişafı və silahlı qüvvələrin arasında olan əlaqələr bu gün cənab prezidentin siyasətinin göstəricisidir. Artıq türk dünyasının silahlı qüvvələrinin birgə təlimlər keçirməsi ənənə halını alıb. Azərbaycan Silahlı qüvvələri ilə Türk Birliyi ölkələrinin silahlı qüvvələri arasında əlaqələrin inkişafı planlaşdırılır. Bu planlama artıq bizim türkdilli ailəmizin bütün inkişafı istiqamətləri, həm də silahlı qüvvələrin hərbi, hərbi texniki sahədə əməkdaşlığın genişləndirilməsində və möhkəmləndirilməsində Azərbaycanın lokamativ rol oynamasını görürük.
Azərbaycan silahlı qüvvələri bu gün XXI əsrin tələblərinə cavab verən döyüş apararaq qalib olan silahlı qüvvələri var. Azərbaycanın silahlı qüvvələri daim inkişaf prosesindədir. Ali Baş komandanın ordu qarşısında qoyulan Türkiyə modelinə keçidi ilə bağlı tapşırığı uğurla yerinə yetirilib. Bunun üçün Azərbaycan ordusunda bütün istiqamətlərdə çox böyük islahatlar aparıldı. Bunu hətta son günlərdə bütün cəmiyyət tərəfindən müsbət qarşılanan Azərbaycanın Milli Müdafiə Universiteti nəzdində bizim intelektual potensilı zəngin olan gənclərin məhz Milli Müdafiə Universitetinin nəzdində bölmələr yaradaraq, həqiqi hərbi xidmət zamanı öz biliyi və bacarığını, intelektual potensialını Azərbaycan silahlı qüvvələrin inkişafına yönəltməsi proqramı haqqında da demək olar. Və bu gün bütün sahələrdəki kimi, Azərbaycan ordusu, silahlı qüvvələrində də rəqəmsal texnalogiyanın tətbiqini, Azərbaycan ordusuna intelektual potensialı zəngin olan kadrların cəlb edilməsi zərurətini görürük. Azərbaycan gəncləri həmişə bu sahədə inkişaf etmiş gənclər olaraq bu gün Azərbaycan ordusunda Milli Müdafiə Universiteti nəzdində belə bir bölmələrin yaranması gələcəkdə intelektual səviyyəsi olan gənclərin artıq həqiqi hərbi xidmətdən sonra Azərbaycan ordusunda qalıb fəaliyyət göstərməsi ehtiyat bankı yaranmasını da demək olar.
Ümumiyyətlə, Azərbaycan silahlı qüvvələrinin inkişafın daimi bir prosesdir. Düşünürəm ki, gələcəkdə də müxtəlif müstəqil statistik qurumların bizi daha çox sevindirən məlumatlarını alacağıq”.
T.Qafarlı
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."