“Azərbaycan tərəfinin həmin müddəalarla bağlı əsaslı fikirləri var”
Arzu Nağıyev: "Bu addımların atılması mütləq şəkildə vacibdir"
Kazanda BRİCS-in 16-cı sammitində cənab prezident İlham Əliyevlə Ermənistan baş naziri Paşinyanın görüşündə hərtərəfli müzakirələr aparılıb, eyni zamanda sülh müqaviləsinin imzalanması, delimitasiya demarkasiya, digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Müzakirənin nəticəsi kimi xarici işlər nazirlərinə sülh müqaviləsinin imzalanması üçün gələcək işlərini davam etdirmək, eyni zamanda son bir sənədin ortaya çıxarılması üçün həmin o müddəaların razılaşması istiqamətində tapşırıqlar verildi.
Versus.Az xəbər verir ki, bunu deputat Arzu Nağıyev Kazan görüşü ilə bağlı açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasından danışarkən artıq 80-90 faizin hazır olması barədə açıqlama verib. Eyni zamanda Azərbaycan tərəfinin həmin müddəalarla bağlı əsaslı fikirlərinin olduğunu önə çəkib:
“Bu əsasən Ermənistan konstitusiyasında dəyişiklik və ATƏT-in Minsk Qrupu həmsədrliyinin buraxılması məsələsidir. Yəni Almaata sazişinə uyğun olaraq 1991-ci ildə hansı ərazi bütövlüyü varsa bir-birini tanımaq və heç bir vaxt Qarabağın Ermənistana birləşməsi ilə bağlı 1989-cu ildəki deklarasiyanı qəbul etməmək... Yəni bu iddia ləğv olunmalıdır”.
Deputat qeyd edib ki, Azərbaycan Prezidenti öz çıxışında belə bir sülh müqaviləsinin imzalanması üçün hansı addımların atılacağı haqqında məlumatlar verib. Təbii ki, Paşinyan konstitusiyada dəyişikliyin edilməsi ilə bağlı müəyyən addımlar atılacağı haqqında razılığa gəlindiyini bildirib. Eyni zamanda qeyd edib ki, bu, birmənalı şəkildə referendumla həyata keçirilməlidir və bu addımların atılması mütləq şəkildə vacibdir:
“Ermənistan Azərbaycana Naxçıvanla yolların açılması, eyni zamanda sərhəd, Gümrü məsələsi ilə bağlı təkliflər irəli sürsə də, Ermənistanın nədə marağı olduğu barədə müəyyən məlumatlar verdi. Artıq hər iki xarici işlər nazirliyinə müvafiq tapşırıqlar verilib və bu istiqamətdə çox ciddi addımlar atılacağı gözlənilir. Burda həm sülh müqaviləsindən, həm delimitasiya demorkasiya və digər məsələlər müzakirə olunub”.
T.Qafarlı
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."