"Bu onun üçün ağır nəticələrə səbəb olacaq"
Azər Bayramov: “Ermənistanın riyakar davranışlarına əməli cavab kimi dəyərləndirilməlidir”
"İlk növbədə Azərbaycanın gələn il üçün müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını günün reallığına uyğun hesab edirəm. Bunun Azərbaycanın yerləşdiyi geosiyasi coğrafiya, eyni zamanda dünyada baş verən proseslərə əlaqəlidir".
Versus.Az xəbər verir ki, bunu açıqlamasında hərbi ekspert Azər Bayramov bildirib.
“Artıq müdafiə və təhlükəsziliyin ən prioritet məsələ olduğu göz önündədir. Bununla yanaşı Azərbaycan istər II Qarabağ müharibəsinə qədər, istərsə də ondan sonrakı dönəmdə daim hərbi sahəni diqqətdə saxlayıb və mövcud tələbə uyğun olaraq tədbirlər həyata keçirib. Bu mənada bu gün xarici saytlar tərəfindən ordumuzun dünaya orduları sırasında 29-cu yerdə qeyd olunması Azərbaycan Ordusunun II Qarabağ müharibəsində və ötən il keçirdiyi antiterror tədbirləri nəticəsində ortaya çıxıb. Bu faktlar Azərbaycan ordusunun peşkarlığını, eyni zamanda döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu dünya qarşısında təsdiqlədi”.
Ekspert qeyd edib ki, hərbi sahədə araşdırma aparan saytlar var idi ki, bu günə qədər Azərbaycanla bağlı qeyri-real açıqlamalarını müşahidə etmişik:
“Ancaq nəhayət Azərbaycan ordusunun hansı gücə sahib olduğunu dərk etdilər. Bundan sonra da Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan ordusunun inkişafı üçün bütün zəruri tədbirlər həyata keçiriləcək. II Qarabağ müharibəsindən sonra Ali Baş Komandanın tapşırığına əsasən yeni kamando birlikərinin yaradılması, eyni zamanda xüsusi təyinatlı qüvvələrin sayının artırılması ilə bağlı verilən tapşırıqlar və onun bu gün də çox yüksək səviyyədə həyata keçirilməsi davam edir. Burada təkcə şəxsi heyətin sayının artırılması deyil, eyni zamanda cari dövrə uyğun olaraq müasir silah-sursat, texnika ilə təhciz olunması da öz həllini tapir”.
A.Bayramov qeyd edib ki, bu gün dünyada çox mühüm proseslərin baş verdiyi nəzərə alınmalıdır. O, əsasən müdafiə sahəsində çox sürətli inkişafın izləndiyini vurğulayıb. Onun fikrincə, Azərbaycan çox nadir ölkələrdəndir ki, bu prosesi ciddi şəkildə diqqətdə saxlayır və tələbə uyğun oalaraq bütün zəruri addımları atır. Bu da təkcə yeni silah-sursatın alınması, ordumuzun arsenalına verilməsi ilə deyil, eyni zamanda onun döyüş şəraitində peşəkarcasına tətbiq eliyən şəxsi heyətin olması ilə müsbət həllini tapir:
“Azərbaycan bu sahədə də bir çox inkişaf etmiş ölkələrlə eyni sıradadır. Çünki Azərbaycan II Qarabağ müharibəsində, antiterror tədbirlərində yeni silah -sursatın, hərbi texnikanın məhz döyüşdə peşəkarcasına, effektiv tətbiqini həyata keçirdi. Əlbəttə ki, Azərbaycan əldə etdiyi uğurlara baxmayaraq məhz müdafiə və təhlükəszilik sahəsində dayanmadan fəaliyyətlərinin aparılmasına davam edəcəkdir”.
Ekspert Ermənistan tərəfinin hərbi büdcəsini gələn il üçün 20 fazi artırmasına da diqqət çəkib və bunu işğalçı ölkənin riyakarlığı kimi dəyərləndirib:
“Çünki Ermənistan dildə 4 ildir sülhdn danışsa da, ancaq əməldə sürətli əkildə silahlanma, havadarlarının verdiyi dəstəklə ordusnu yenidən formalaşdırma istiqamətində ciddi-cəhdlə addamlamağa çalışır. Əlbəttə Ermənistanın bu cür fəaliyyəti gələcəkdə regionda ciddi şəkildə təhdid və təhlükə formalaşdırır. Ermənistanın belə davranışları revanşist qüvvələri gələcəkdə təxribatlar törətməyə daha da həvəsləndirir. Azərbaycan Ermənistanın bu cür davranışlarını diqqətdə saxlayır və paralel olaraq zəruri tədbirləri həyata keçirir. Regionda Ermənsitan kimi dövlətin olması hər zaman təhlükə deməkdir. Məsələyə bu aspektən yanaşsaq Azərbaycanın ildən ilə müdafiə və təhlükəsizlik xərclərini artırması, orduda islahatlaın aparılması, müdafiə sənayesində dünyanın silah istehsal edən aparıcı şirkətləri ilə əməkdaşlıq etməsi Ermənistanın riyakar davranışlarına əməli cavab kimi dəyərləndirilməlidir. Ermənistan tərəfi unutmamalıdır ki, gələcəkdə hər hansı bir təxribata əl atarsa və yaxud cəhd edərsə, bu onun üçün ağır nəticələrə səbəb olacaq”.
Regionda və beynəlxalq aləmdə beynəlxalq hüququn işləmədiyinin birmənalı olduğunu qeyd edən A.Bayramov mövcud vəziyyətdə dövlətin təhlükəsizliyi və var olmasının onun hərbi gücündən asılı olduğu reallığını ortaya qoyduğunu önə çəkib. Ekspert xarici saytların belə bir siyahı tətbiq edərkən hansı maraqları güdməsindən asılı olmayaraq, Azərbaycan Ali Baş Komandanın rəhbərliyi altında dövlətin təhlükəsziliyi üçün görülən tədbirlərin zəruri və məntiqli addım kimi dəyərləndirib. /hafta.az/
LƏMAN
Xəbər lenti
Məşhur Dubay şokoladının zərəri üzə çıxdı
"Norma bir plitka yox, gündə cəmi 30 qram..."