“Avropaya inteqrasiyanın tərəfdarı olanlar da Qərbdən üz döndərəcəklər”
Elçin Mirzəbəyli: “Gürcüstan vətəndaşı ilk növbədə öz dəyərlərini seçdi və...”
Cənubi Qafqazda yaranan yeni konfiqurasiya kənar qüvvələrin müdaxilələrinə baxmayaraq region dövlətlərinin, xalqların öz hakimiyyətlərini demokratik seçkilər yolu ilə formalaşdırılması istiqamətində davam edir. Regionu öz çərçivəsinə salmağa çalışan kənar qüvvələrin Gürcüstan üzərindən regiona təsirləri birmənalı qarşılanmır. Bununla belə Gürcüstanda keçirilən seçkilərin regionun ümumi gələcəyinə vəd etdiyi perspektivlər təhlil olunmaqla geosiyasi müstəvidə oynaya biləcəyi rol diqqətlə izlənir.
Bu gün region Gürcüstanda keçkirilən seçki və nəticələri kontekstində nəyə şahidlik edir?
Versus.Az xəbər verir ki, bu istiqamətdə “Həftə İçi”-nə müsahibə verən deputat Elçin Mirzəbəyli müəyyən nüanslara diqət çəkib.
- Gürcüstanda keçirilən parlament seçkilərini necə dəyərləndirirsiz və nəticələrin Azərbaycan-Gürcustan münasibətlərinə hansı təsirləri ola bilər?
- Gürcüstanda keçirilən seçkilərin nəticələri ilk növbədə gürcü xalqının, Gürcüstan vətəndaşlarının, həmçinin Gürcüstan dövlətçiliyinin maraqlarına uyğundur. Hesab edirəm ki, məsələyə məhz bu konteksdən yanaşmaq lazımdır. Azərbaycana gəldikdə isə şübhəsiz ki, Gürcüstanda keçirilən seçkilərin ölkəmizə hər hansı bir formada birbaşa təsiri ola bilməz. Amma qeyri-müəyyən bir xətt yürüdən və regionun deyil, xarici qüvvələrin maraqlarını düşünən siyasətçilərin parlamentdə üstünlük təşkil etməsi və hökuməti formalaşdırması istər-istməz təkcə Azərbaycan-Gürcüstan münasibətlərinə deyil, eyni zamanda digər ölkələrin Gürcüstanla münasibətlərinə də təsir göstərə bilərdi ki, bunun nəticə etibarilə Gürcüstana uğurlu perspektiv vəd edəcəyini düşünmürəm. Ona görə də Gürcüstan xalqının qərarını müdrik qərar kimi qiymtləndirmək lazımdır. Düşünürəm ki, proseslərin gedişatı bütövlükdə Gürcüstandakı siyasi hadisələrin indiki çərçivədən kənara çıxmayacağını söyləməyə əsas verir. Ümumiyyətlə, Gürcüstanda indiki şəraitdə hakimiyyətin mövqeyinun güclənməsi və dövlət müstəqilliyinin de-fakto möhkəmlənməsi üçün bir sıra addımların atılmasını zəruri sayıram. “Gürcü arzusu" seçki kampaniyası dövründə ölkənin gələcəyi ilə bağlı vacib qərarların veriləcəyini vəd edib. Bunun həyata keçiriməsi üçün regionda geosiyasi konfiqurasiyanın dəyişməsində maraqlı olan ölkələr də fəal bir şəkildə iştirak etməlidirlər. Bölgədə sabitliyin, təhlükəsizliyin qorunması yalnız region dövlətlərin səyləri ilə mümkündür.
- Məlum seçki prosesində Qərbin, Avropanın istəkləri nə dərəcədə özünü göstərdi və gerçəkləşdi?
- Qərbin, Avropanın istəklərinin Gürcüstanda reallaşdığını söyləyə bilmərik. Qərbin Gürcüstanı nəzarətə götürmək uğrunda atdığı addımlar çoxdan iflasa uğrayıb. İndiki şəraitdə əhalinin Avropaya inteqrasiyanın tərəfdarı olmasına baxmayaraq seçkilərin nəticələri gürcü xalqının Gürcüstanın müstəqilliyini Avropaya inteqrasiya adı altında milli maraqlara zərbə vuran qüvvələrdən və onların istəklərindən üstün tutduğunu sübuta yetirir. İndiki şəraitdə gürcü xalqının, Gürcüstan vətənaşlarının, o cümlədən Gürcüstanda öz tarixi vətənlərində yaşayan, həmçinin Gürcüstan dövlət müstəqilliyinin zəmanətçilərindən biri kimi çıxış edən azərbaycanlıların da mənafeyinə uyğundur. Bu proses çoxdan başalayıb və bu bir sıra istiqamətlərdə -“Xarici nüfuz vəkilləri haqqında”, “Xarici agentlər haqqında” qanundan başlayaraq digər istiqamətlərdə qərbin Gürcüstan dövlətinə, xalqına qarşı təzyiqərini effektiv nəticə vermədiyini gördük. Gürcü xalqı, Gürcüstan vətəndaşı ilk növbədə öz dəyərlərini seçdi və buna qarşı çıxış edən qüvvələrə “yox” dedi.Seçkinin indiki nəticələri parlamentdə konstitusiyon çoxluğun təşkilinə imkan verməsə də ümumən hökumətin formalaşmasına imkan verir. Və mən düşünürəm ki, proseslərin gedişatında əsas müxalifət koalisiyası istisna olmaq şərti ilə digərlərinin Gürcü Arzusu Partiyası, hakimiyyəti ilə Gürcüstan naminə dialoq qurması mümkündür.
- Qərb Gürcüstan üzərində özünün təsirlərini artırmaqla Azərbaycana, regiona qarşı hansı həmlələri edə bilər?
- Qərb Gürcüstan üzərindən özünün təsirlərini artırmaqla prinsip etibarilə təkcə Azərbaycanın deyi,l bütün bölgə dövlətlərinin maraqlarına zərbə vurmağa çalışır. Hətta daha da irəli gedərək Mərkəzi Asiya ölkələrinin də maraqlarına zərbə vurmağa və onlara təsir göstərib onların öz geosiyasi maraqları üçün istifad etməyə çalışır. Biz nəticə etibari ilə bu cəhdlərin nəticə vermədiyinin şahidi oluruq. Qeyd edm ki, bu həmlələr yeni başlamayıb. Gürcüstan uzun illər boyu Birləşmiş Ştatların, qərbin ayrı-ayrı təsisatlarının nüfuz şəbəkəsi formalaşdırmaq istiqamətində atdığı addımların və bunun təməlində dayanan prosesin plastarmı olub. Bütün layihələr, qeyri-qanuni vəsaitlər, siyasi radikal müxalif partiyalara ötürülən pullar və sair məhz Gürcüstan üzərindən həyata keçirilib. Mahiyyət etibarilə Qərb indi yox, bütün dövrlərdə Gürcüstandan region dövlətlərinə qarşı istifadə etməyə cəhd göstərib. Amma indiki hadisələr gürcü xalqının baş verənlərin fərqində olduğunu və buna qarşı müqavimət göstərdiyini sübuta yetirir. Düşünürəm ki, getdikcə Qərbin ikiüzlü siması Gürcüstan vətəndaşlarına daha aydın şəkildə görünəcək və bu da Gürcüstanın müstəqilliyinin qorunub saxlanılması, müstəqil dövlət kimi möhkəmlənməsi şərti ilə Avropaya inteqrasianın tərəfdarı olanlar da Qərbdən üz döndərəcəklər.
- Gürcüstan-Azərbaycan münasibətləri hansı inkişaf mərhələsindədir və hər iki ölkənin birgə iştirak etdkləri beynəlxalq layihələr ikitərəfli münasibətlərdə hansı əhəmiyyətə malikdir?
- Gürcüstan-Azərbaycan münasibətləri yüksək səviyyədədir. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri var, ortaq layihələrdə iştirak edirlər və bu layihəəlrin spektoru getdikcə genişlənməkdədir. Bu sahəyə “Yaşıl enerji” sektorunda həyata keçirilməsi nəzərdə tutulan layihləri də əlavə etmək olar. Azərbaycanın Gürcüstanda böyük investisiyaları var və bu sərmayəlrin genişlənmsi istiqamətində müvafiq qaydada gələcəkdə addımların atılmasını gözləyirəm. Bu prosein qarşılıqlı olması üçün də müvafiq addımlar atılacaq. Proselər belə davam edərsə, təbii ki, münadbətlər yaxşı olacaq. Amma hakimyyət dəyişikliyi olsaydı belə münasibətlərin dalana dirənəcəyini düşünmürəm. Doğrudur, buna cəhdlər olunacaqdı. Amma Gürcüstan-Azərbaycan münasibətlərinə zərbə vurnmağa çalışan və Azərbaycana qarşı qeyri-adekvat mövqedə dayanan siyasi qüvvələrin uzun müddət hakimiyyəti saxlayacağını da gözləmirəm. Yəni burada söhbət hansısa bir təhdiddən getmir. Burada söhbət gürcü xalqının bu qəbildən olan neqativ siyasətə verə biləcəyi cavabdan gedir. Düşünürəm ki, Gürcüstanın istəniəln hakimiyyəti gürcü xalqının mənafeyini və eyni zamanda orada öz vətənində yaşayan azərbaycanlıların mənafeyini, ilk növbədə Gürcüstanın müstəqilliynin qorunub saxlanılmasında önəmli rola malik olan Azərbaycanın mövqeyini nəzərə almalıdır və alacaqdır.
- Gürcüstanda yaşayan azərbayacanlılarla bağlı hansı işlərin görülməsinə ehtiyac var?
- Gürcüstanda yaayan soydaşlarımız Azərbaycanla Gürcüstan dövləti arasında mühüm bağ, körpü rolunu oynayır. Təbii ki, onların öz ökələrinin siyasi həyatında aktiv iştirak etmələri, siyasi proseslərin içərisində yer almaları və özlərni ifadə etmələri üçün yeni-yeni inkanlar qazanmalarına ehtiyac var. Gürcüstan azərbaycanlıları bizim parçalarımızdır və onların da potensialı böyükdür. Gürcüstanda yaşayan azərbaycanlılarla hərtərəfli əlaqələrin genişlənməsi intensivləşməsi mühüm faktlardandır. Bəlli olduğu kimi Gürcüstanda yaşayan soydaşlarınıza münasibətlərdə digər qonşu ölkələr də müəyyən addımlar atmağa çalışır. Bəzən bütün prosesin neqativ istiqamətə yönəlməsinə zəmin yaradırlar. Təəsüflər olsun ki, bu istiamətdə müəyyən qədər də Gürcüstanın hakimiyyət orqanlarının məqsədyönlü və yaxud bilməyərəkdən yol verdikləri xətalar var. Zənnimcə bütün bu xətaların aradan qadırılması istiqamətində addımlar atılmalıdır. Çünki bölgə dövlətləri içərisində Gürcüstanın bir müstəqil dövlət kimi inkişafını, öz mövqeyin qoruyub saxlamasını istəyən azərbaycanlılar, Azərbaycan dövlətidir. Ötən zaman kəsiyi də buu sübuta yetirib. Qənaətimə görə Gürcüstan dövlətinin, xalqının kənarda dost axtarmağa ehtiyacı yoxdur. Əsl dost, strateji tərəfdaş, özünün qətiyyəti, prinsipi ilə bölgnin təhlükəsziliyini, mövqeyini qoruyan Azərbaycan respublikasıdır.
T.Qafarlı
Xəbər lenti
Nəzakət Məmmədovaya 13 il HƏBS VERİLDİ
O, dövlətə xəyanət maddəsi ilə ittiham olunub