Ağızda səhər acısı hansı bu xəstəliklərdən xəbər verir
10:00 31-10-2024
|
416 |
Sağlamlıq
Səhərlər ağızda acılığın səbəblərindən biri öd reflüdür.
SİA yazır ki, bu barədə qastroenteroloq Yevgeni Belousov danışıb.
Öd yollarının fəaliyyəti pozulursa, öd mədəyə, ondan isə yemək borusuna atılaraq acılıq hissi yarada bilər. Bunu həkim deyir.
Digər mümkün səbəblərə qaraciyər və öd kisəsi problemləri daxildir. Mədə-bağırsaq traktının xəstəlikləri, məsələn, qastrit və xoralar, həmçinin diabetes mellitus və digər endokrin xəstəliklər istisna edilməməlidir.
Eyni zamanda, Belousov vurğulayıb ki, ağızdakı acı heç bir xəstəlikdən xəbər vermir. Çox vaxt əsas səbəb gigiyena qaydalarına riayət edilməməsi və ya bədənin müəyyən dərmanların, o cümlədən antibiotiklərin qəbuluna reaksiyasıdır.
Bundan əlavə, şam fıstığı yedikdən sonra ağızda acılıq yarana bilər.
Xəbər lenti
COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə DƏSTƏK
"COP29-un sülh quruculuğu səyləri və COP Atəşkəs təşəbbüsü" - QƏTNAMƏ