Tamaşaçılar üçün giriş sərbəstdir

17:31 04-11-2018 | icon 513 | İdman
Tamaşaçılar üçün giriş sərbəstdir

Noyabrın 8-də badminton üzrə Azərbaycan çempionatına start veriləcək.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayının əsas zalında keçiriləcək çempionatda qaliblər 5 kateqoriya üzrə müəyyənləşəcək. Azərbaycan Badminton Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək yarış 4 gün davam edəcək.

 

Noyabrın 11-də kişi və qadınların şəxsi və qoşa yarışlarında,eyni zamanda qarışıq cütlərdə final qarşılaşmaları keçiriləcək. Kateqoriyalar üzrə ilk 3 yeri tutmuş badmintonçular Gənclər və İdman Nazirliyi və Azərbaycan Badminton Federasiyası tərəfindən diplom və medallarla təltif olunacaqlar. Turnirin keçirilməsində məqsəd badmintonun Respublikanın şəhər və rayonlarında inkişafına nail olmaq, perspektivli idmançıları aşkar etmək, milli komandanın tərkibini müəyyənləşdirməkdir. Yarışlar hər gün saat 15:00-dan etibarən başlayacaq.

Tamaşaçılar üçün giriş sərbəstdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür