Artıq bir neçə aydır ki, Mərmərə dənizinin bəzi yerləri selikli təbəqə ilə örtülüb. Mütəxəssislər bununla bağlı həyəcan təbili çalsalar da, hələ ki, bir nəticəyə gəlinməyib.
Türkiyənin Bursa şəhərinin sakini Alper Altay qayıqdan çəkdiyi görüntülərlə fəlakətin miqyasını göstərib.
Bu barədə “Haber Global” xəbər verib.
Onun sözlərinə görə, əvvəlcə gəmilərin yan aldığı körpünün üstünü beton təbəqənin örtdüyünü düşünüb.
“Yaxınlaşdıqda xəfif bir hərəkətlənmə gördüm. Təəccübləndim. Seliyin bu dərəcədə ola biləcəyini düşünməmişdim”, - deyə o, bildirib.
O, bir qapyığın üstünə çıxaraq ayağı ilə seliyi yoxladığını bildirib.
“Süngər, hətta daha qalın bir təbəqə kimi idi. Aralananda pis yosun qoxusu gəlirdi… Ehtimal ki, dənizin altına çox böyük zərər verib”, - deyə bildirən gənc insanlığın təbiətə verdiyi zərərdən təəssüfünü bildirib.