Ebru Gündəşin “Instagram” paylaşımı diqqət çəkdi
“Çəkildim bir kənara, seyr etdim baş verənləri...”
Azərbaycan əsilli iş adamı Reza Sərraf ilə 11 illik evliliklərinə son qoyan türkiyəli məşhur müğənni Ebru Gündəş “Instagram”dakı paylaşımı ilə yenidən diqqət mərkəzinə düşüb.
Bu barədə “Haber Global” xəbər verib.
Sosial şəbəkədə öz şəklini paylaşan ifaçı, məşhur şair Özdemir Asafın “Sonra çəkildim bir kənara, seyr etdim bütün baş verənləri. Baxdım ki, görüm mən kimdə nə qədərəm, kim məndə nə qədər qalıb”, - sitatını şərh kimi yazıb.
Qeyd edək ki, “evlilik bağlarının təməlindən sarsıldığı” iddiası ilə boşanan Ebru Gündəş ərinin başqa qadınlarla münasibəti olduğunu və hətta onlardan birini yaxından tanıdığını demişdi. Gündəşin “tanıyıram” dediyi şəxsin türkiyəli məşhur ifaçı Hadisə olduğu iddia edilib.
Hadisə isə bu iddiaları rədd edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"