“Minasız Qarabağa Gedək!” AKSİYASI
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi “Minasız Qarabağa Gedək!” adlı beynəlxalq kampaniyaya start verib.
Sosial aksiyanı həyata keçirməkdə əsas məqsəd düşmənin addımlarını beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq, işğala məruz qoyduqları, vandal törədikləri torpaqlarımızda qanunsuz mina yerləşdirdikləri ərazilərin xəritələrini ən qısa zamanda Azərbaycana verilməsini tələb etməkdir.
Qurum rəsmiləri onu da qeyd etdilər ki, aksiya çərçivəsində BMT-yə, ATƏT-in Minsk qrupuna, siyasi təsisatlara və digər beynəlxalq təşkilatlara Azərbaycan ərazilərində baş verən bu mina terroruna münasibət bildirmələrinə və Ermənistana beynəlxalq təzyiqin göstərilməsinə çağırışlar ediləcəkdir.
Eyni zamanda Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin könüllüləri tərəfindən təbliğat xarakterli maarifləndirici flayerlərin və azyaşlı sosial media istifadəçilərinin marağını cəlb etmək üçün üzərində “Minasız Qarabağa Gedək!” şüarı yazılmış şarların paylanılması nəzərdə tutulub. Bu işlərlə paralel Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi dünyada və ölkəmizdə aktiv istifadə olunan sosial media platformaları olan – “Facebook”, “Instagram” və “Twitter” üzərindən #MinasızQarabağaGedək #LetsgotoKarabakhwithoutmines və #ПоехаливКарабахбезмин həştəqləri ilə paylaşımlar edərək sosial media istifadəçilərinin, beynəlxalq təşkilatların və media qurumlarının diqqətini bu mövzuya çəkməyə çalışır.
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...