Azərbaycanlılarla svanlar arasında yenə insident oldu

09:53 12-06-2021 | icon 582 | Cəmiyyət
Azərbaycanlılarla svanlar arasında yenə insident oldu

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli bölgəsində dörd nəfər saxlanılıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

 

İstintaqla müəyyən edilib ki, həmin şəxslər bu ilin iyunun 10-da Dmanisidə 3 gənclə mübahisə ediblər və fiziki təzyiq göstəriblər.

 

Polis ikisi keçmiş məhkum olmaqla dörd şəxsi “isti izlər”lə yaxalayıb. Faktla bağlı iki və ya daha artıq şəxsə qarşı qrup halında zorakılıq maddəsi üzrə istintaq aparılır. Saxlanılan şəxsləri 2 ilədək müddətə həbs cəzası gözləyir.

 

Yayılan qeyri-rəsmi məlumatlara əsasən, insident yerli azərbaycanlılar və svanlar arasında baş verib. Saxlanılan şəxslərin svan əsilli ekomiqrantlar olduğu bildirilir.

 

Qeyd edək ki, Dmanisidə azərbaycanlılar və svanlar arasında son insident mayın 16-da baş verib. Növbəti gün tərəflər arasında barışıq əldə olunmuşdu və rayonda gərginlik aradan qaldırılmışdı.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...