Rusiyada işçi qüvvəsi çatışmazlığı

09:45 19-06-2021 | icon 581 | İqtisadiyyat
Rusiyada işçi qüvvəsi çatışmazlığı

Rusiya Kənd Təsərrüfatı Nazirliyi və “Rusiya Dəmir Yolları” ASC əmək mühacirlərini sahələrdə mövsümi işləmək üçün çarter qatarları ilə Rusiyaya gətirmək istəyir.

 

“Kommersant” yazır ki, bu qərarın aqrar-sənaye kompleksinin ehtiyacları üçün işçi qüvvəsi problemini həll edəcəyi düşünülür.

 

Bildirilir ki, bu məsələ ötən həftə nazirlikdə keçirilən iclasda müzakirə olunub. Kənd Təsərrüfatı Nazirliyi nəşrə kənd təsərrüfatı məhsulları istehsalçıları ilə dəmir yolu səyahətlərinin təşkili üçün kollektiv müraciətlərin verilməsi imkanlarını nəzərdən keçirdiklərini təsdiqləyib. 2021-ci ildə 38,2 min miqrantın mövsümi işlərdə çalışması planlaşdırılır.

 

Koronavirus pandemiyası fonunda 2020-ci ilin martında Rusiya xarici işçi qüvvəsinin ölkəyə girişini qadağan edib. Bu ilin mart ayında səlahiyyətlilər 250 nəfərdən çox heyəti olan və 2,5 milyard rubldan çox mənfəət əldə edən şirkətlərə əlavə işçi cəlb etməyə icazə verib.

 

Ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, hazırda işçilər Rusiyaya yalnız hava yolu ilə gələ bilərlər. Bu isə bazar iştirakçılarının nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə artırır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”