Tullantı sularından maksimum istifadəyə baxılacaq

18:27 22-06-2021 | icon 334 | İqtisadiyyat
Tullantı sularından maksimum istifadəyə baxılacaq

Yaxın zamanlarda tullantı sularından maksimum istifadə ilə bağlı məsələlərə baxılacaq.

 

Versus.Az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov (ETSN) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.

 

O bildirib ki, bütün şəhərlər üzrə Baş Plan var və gələcək infrastrukturlar bu plana əsasən aparılır:

“Demək olar ki, şəhərlər və yaşayış massivləri üzrə 7-8 şəhərin Baş Planına artıq baxılıb və təsdiq edilib. Plansız iş yoxdur. O ki qaldı tullantı sularına, bu gün Azərbaycanda ekoloji sahədə ən ciddi problem tullantı sularının düzgün idarə edilməməsidir. Ümumiyyətlə tullantı sularından təkrar xammal kimi yanaşılmalıdır. İçməli sudan başqa ümumiyyətlə digər istifadə edilən texniki sular mənbədən yox, formalaşan, təmizlənən sulardan istifadə edilməlidir. Necə ki sular çirkləndirilir, eləcə də təmizlənməlidir və təsərrüfatda, soyutma sistemlərində, əkin sahələrində bu sulardan istifadə edilməlidir. Cənubi Qafqazda ən az su mənbəsinə sahib ölkəyik. Odur ki, yaxın illərdə tullantı sularından maksimum istifadə reallığa çevriləcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”