Günəş sistemi üçün yeni TƏHLÜKƏ

18:33 23-06-2021 | icon 248 | Maraqlı
Günəş sistemi üçün yeni TƏHLÜKƏ

Günəş sisteminin mərkəzinə nəhəng kometa yaxınlaşır. 

 

“Fox News” xəbər verir ki, alimlərin “2014 UN271” adlandırdığı böyük səma cisminin diametri 100-370 kilometr arasında dəyişir. “Meqa-kometa”nın orbiti son dərəcə uzundur - bir dövrə təxminən 600 min il çəkir.

 

Alimlərin təxmini hesablamalarına görə, obyekt Saturnun orbitinə 10 ildən sonra çata bilər. 

 

Ancaq astronomlar onu da bildiriblər ki, çox parlaq olmasına baxmayaraq, bu kometanı teleskop olmadan görmək mümkün olmayacaq.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər