"Partiyanı ələ keçirənlər indi qəbrini ziyarətə gedəndə xəcalət çəkirlərmi?

19:40 24-06-2021 | icon 312 | Siyasət
"Partiyanı ələ keçirənlər indi qəbrini ziyarətə gedəndə xəcalət çəkirlərmi?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalib Səmədov Elçibəy "sevənlərdən" yazdı
 
 
Əbülfəz Elçibəyə nifrət edənlərlə müqayisədə sevənlər dəfələrlə çoxdur. 
 
 
 
Nə qədər qəribə olsa da nifrət edənlərin böyük əksəriyyəti onu çox yaxşı tanıyan keçmiş silahdaşlarıdır.
Daha qəribəsi odur ki, Elçibəyi ideallaşdıranların mütləq əksəriyyətinin onun fəaliyyətindən, atdığı addımlardan, verdiyi bəyanatlardan heç bir anlayışı yoxdur. Bir onu bilirlər ki, “Əbülfəz Elçibəy təmiz adam idi, Azərbaycanı demokratikləşdirmək, inkişaf etdirmək, bütöv Azərbaycan yaratmaq xəyalları vardı və buna qiyam qaldıran Sürət hüseynov imkan vermədi. Özünün Bakıya dəvət etdiyi Heydər Əliyev isə ona kömək eləmək əvəzinə, qiyamçı ilə birləşdi".
 
 
 
Bu cür adamlara həqiqəti izah etməyə çalışmaq, uydurulmuş yox, real tarixi qəbul etdirmək çox çətindir. Nə qədər arqument gətirsən də inanmayacaqlar ki, prezident Əbülfəz Elçibəyi nə Surət Hüseynov, nə də digərləri yıxmadı. Onu yıxan elə Elçibəyin özü oldu. Bir il ərzində hakimiyyətdə olub o qədər dəhşətli səhvlər buraxan şəxsin hakimiyyətdə qalması mümkün deyildi.
 
 
Bu cür adamlara üzümü tutub- tariximizi yaxşı oxuyun-deməyəcəyəm. Çünki, o dövrü öyrənməyə imkan verən kitablar yox dərəcəsindədir. Təəssüf ki, gecə-gündüz böyük Heydər Əliyevə sədaqətdən dəm vuranların onun ünvanına söylənilən böhtanlara cavab verən obyektiv tarixi kitabların çapına yardımçı olmaq kimi bir dərdi yoxdur. Çap olunanların böyük əksəriyyəti isə son dərəcə keyfiyyətsiz və birtərəflidir. Bu səbəbdən istəsəniz də o dövrü öyrənmək imkanınız olmayacaq. Ancaq düşünməyə çalışın:
 
 
Tutaq ki, hakimiyyəti onun əlindən qiyamçılar aldılar və onu prezidentlikdən uzaqlaşdırdılar.
Bəs, Əbülfəz Elçibəyi “demokratik müxalifət”in liderliyindən kim uzaqlaşdırdı və necə oldu ki, o, 1998-ci il prezident seçkilərində müxalifətin vahid namizədi ola bilmədi?
 
 
Necə oldu ki, 1999-cu ildə ərk eləyib, “Musavat” partiyasını “qorxaqlıqda” günahlandıran Ə.Elçibəyə İ.Qəmbər onun“ qoçaqlıqlarını" xatırlatdı?
 
 
Lideri olduğu və böyük əziyyətlə yaratdığı AXC-ni(AXCP-ni) Ə.Elçibəyin əlindən Heydər Əliyevmi aldı? Partiyada ona qarşı qiyamı Surət Hüseynovmu qaldırdı?
 
AXC Ali Məclisinin, Rəyasət heyətinin iclaslarında Elçibəyi hörmətsiz vəziyyətə salan, onun etibarından və siyasi səhvlərindən istifadə edib partiyanı ələ keçirənlər indi qəbrini ziyarətə gedəndə xəcalət çəkirlərmi?
Əbülfəz Elçibəyi sevdiyini iddia edən, o rəzalətin şahidləri həmin hadisələr barədə danışmaqdan qorxduqlarına görə “vicdan” əzabı çəkirlərmi?
 
Nəhayət, onun öldüyü gün, avqustun 22-də, üzərində Elçibəyin çox böyük haqqı olan “Azadlıq” (faktiki sahibi ƏliKərimli idi) qəzetində ona ünvanlanan ağır ittihamlara görə “Böyükbəy sevənlər” əzab çəkirlərmi?
Əbülfəz Elçibəyə sevgisini yeri gəldi-gəlmədi gözə soxan, həm ona, həm də ona xəyanət edənlərə heyran olmaq “istedadı” “nümayiş etdirən”, bilmədikləri məsələlər barədə hökm verən qardaşlarım! Bəlkə bir az düşünəsiniz?
 
Versus.az
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür