Jurnalistlərdən Aslan İsmayılovun fikirlərinə SƏRT TƏPKİ

11:02 07-07-2021 | icon 765 | KİV
Jurnalistlərdən Aslan İsmayılovun fikirlərinə SƏRT TƏPKİ

"Ötən il bu pisliyə ayağımla bir az basdım, üfunət sosial medianı götürdü"

 

Jurnalist Aygün Muradxanlı vəkil Aslan İsmayılovun onunla bağlı səsləndirdiyi fikirlərə reaksiya verib.

 

Demokrat.az xəbər verir ki, tanınmış jurnalist feysbuk səhifəsində bunları yazıb:

"Saat 22.50. Oturmuşam ofisdə sabahkı verilişə qonaq axtarıram... Bir azdan durub ya 6-ya minəcəm, ən yaxşı halda da UBER-lə gedəcəm evə ki, sabah gəlib yenə millətin dərdindən-sərindən danışım. Bu ipləmə dəli də deyir Muradxanlı oliqarxdı. Yalansa, ömür boyu qulluq elədiyin Kreml boyda daş düşsün sənin boş təpənə.  Dəniz qırağında üçmərtəbəli villa sənin, sahildə ucuz bucağı görünməyən restoran sənin, sortbasort lüks maşınlar sənin, Konstitusiya Məhkəməsində işləyən isteriçka qız sənin, Heydər Əliyev Fonduna işləyən üzdəniraq oğul sənin, oliqarx mən?" - deyə, A.Muradxanlı qeyd edib.



"APA Group"un baş direktoru Vüsalə Mahirqızının da cavabı özünü çox gözlətməyib. V.Mahirqızı, A.Muradxanlının statusunda şərh bölümündə Aslan İsmayılovun ünvanına bu sözləri yazıb:

"Bunu yenə hürdürür yiyələri? Heç olmasa buna hürməyə doğru sümük versinlər də. Biz nə vaxt jurnalistlər evində mənzil aldıq? Bunun kimi dələduzluq edib, ölkəmizi satıb, camaatdan vəkil müdafiəsi adı altında pul alıb eləməmişik heç nəyi. Mən tənqidə normal yanaşıram, adətən bu cür murdarlara da münasibət bildirmirəm. Amma bu ləyaqət yoxsulu artıq bununla bir neçə dəfədir ki, bütün cizgiləri keçir və yalan danışır. Yiyəsinə allah ağıl versin!"



"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da sosial şəbəkə üzərindən Aslan İsmayılov haqda bunları yazıb:

"Aslan İsmayılov kimi axmağa qoşulmaq düzgün deyil. Mən ötən il bu pisliyə ayağımla bir az basdım, üfunət sosial medianı götürdü. Yenə başlayıb... Daha doğrusu, heç dayanmır ki! Bunun həyatda zövq aldığı bir başqa sahə, bir məşğuliyyət, "beyləqan vəziyyət" yoxdumu, görəsən! Adam 5-6 ad əzbərləyib; - bizi edib, mafiya, oliqarx; guya iqtidardakı yeni komandanı bizdən qoruyur, onların ağlı yoxmuş, bu ağıllıymış, hər gün xəbərdarlıq edir, hər gün "SOS" siqnalı verir; yalaqlanır, yağ töküb yalayır, "yeni komanda" deyib, özünü cırır; amma və lakin, bunu it yerinə qoyan da yoxdu, dönüb ona cırılır; təkrar dönüb bizə sarı anqırır. Nəticədə də  Aygün Ablamın bu replikası ortaya çıxır".

 

Xatırladaq ki, hüquqşünas Aslan İsmayılov Demokrat.az-a verdiyi açıqlamasında bir neçə jurnalist, o cümlədən Aygün Muradxanlı, Vüsalə Mahirqızı, Rauf Arifoğlu barəsində ittihamlara yer ayırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili