Türkiyədəki azərbaycanlı məcburi köçkünlərin hüquqi statusu rəsmiləşdiriləcək

11:55 08-07-2021 | icon 1811 | Gündəm
Türkiyədəki azərbaycanlı məcburi köçkünlərin hüquqi statusu rəsmiləşdiriləcək

Türkiyədə məskunlaşan Azərbaycan və Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı işlər davam etdiriləcək.

 

Versus.Az xəbər veir ki, 1990-2000-ci illəri arasında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Türkiyəyə köçmüş və hazırda heç bir hüququ statusu olmayan, o cümlədən tibbi və sosial sığortası olmayan, təhsil, notarius və s. kimi haqlardan yararlanmayan Azərbaycan vətəndaşlarının hüquqi statusunun 2021-2022-ci illərdə rəsmiləşdirilməsi nəzərdə tutulur.

 

Bundan əlavə, həmin şəxslərin sosial və hüquqi problemlərinin həll olunması ilə əlaqədar Azərbaycanla birlikdə işlər aparılacaq.

 

İşləri Türkiyə tərəfdən Xarici İşlər Nazirliyinin müvafiq idarəsi, Azərbaycan tərəfdən isə Diasporla İş üzrə Dövlət Komitəsi həyata keçirəcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA