Makro Parisin ikili standartlar siyasətini nümayiş etdirdi

22:58 13-11-2018 | icon 552 | Qarabağ
Makro Parisin ikili standartlar siyasətini nümayiş etdirdi

 

Fransanın Cənubi Qafqazdakı siyasəti onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin obyektiv və sülh yolu ilə nizamlanmasında maraqlı olmasını sual altında qoyur.

 

Bunu Versus.Az-a politoloq, siyasət elmləri üzrə fəlsəfə doktoru Zaur Məmmədov deyib.

Z.Məmmədovun sözlərinə görə, Fransa Azərbaycan üçün ilk növbədə ATƏT Minsk qrupunun həmsədri kimi maraq kəsb edir:

 

“Makronun Yerevanda Frankofoniya sammitində iştirak etməsi, amma Azərbaycana gəlməməsi Parisin ikili standartlar siyasətini nümayiş etdirir. Azərbaycan öz növbəsində ATƏT Minsk qrupu ölkələrindən, o cümlədən Fransadan Qarabağ məsələsində obyektiv mövqe gözləyir. Paris sülh forumunda iştirak dəvətini qəbul etməməklə dövlətimizin başçısı Fransanın bu siyasətinə münasibətini nümayiş etdirdi”.

 

Z.Məmmədov bildirib ki, Fransada Azərbaycanın milli maraqlarının hər şeydən üstün tutulduğunu başa düşməlidirlər:

 

“Parisdə forumda ölkəmizi xarici işlər naziri Elmar Məmmədyarovun təmsil etməsi onu bildirir ki, Azərbaycan beynəlxalq etiket normalarına riayət edir. Fransa liderindən fərqli olaraq ABŞ və Rusiyanın yüksək vəzifəli şəxsləri regiona səfər edərkən həm Azərbaycana, həm də Ermənistana gedir. Bu cür yanaşma diplomatik baxımdan obyektiv və məntiqlidir, çünki həm ABŞ, həm də Rusiya ATƏT Minsk qrupunun həmsədrləridir”.

 

Politoloq əlavə edib ki, Fransa prezidenti bu vəziyyətdən düzgün nəticə çıxarmalıdır:

“Fransada güclü erməni lobbisi prezident və parlament seçkiləri zamanı namizədləri maliyyələşdirir. Ona görə də indiki Fransa prezidentindən obyektivlik gözləməyə dəyməz”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...