İsrail prezidentindən Fələstinlə bağlı SÜRPRİZ

15:53 12-07-2021 | icon 366 | Dünya
İsrail prezidentindən Fələstinlə bağlı SÜRPRİZ

İsrail Prezidenti İsaak Herzoq Fələstin dövlət başçısı Mahmud Abbasa iki tərəf arasında dialoqu yenidən başlamaq niyyətində olduğunu bildirib.

 

“Fələstin dövlət başçısı Abbasla danışdım və əvvəlki İsrail prezidentlərinin etdiyi kimi fələstinlilər və israillilər arasında dialoqun yenidən başlamasını və davam etdirilməsini planlaşdırdığımı ona dedim”, - Herzoq “Twitter” hesabından açıqlama verib.

 

O ümid edir ki, dialoq əlaqələrin yaxşılaşdırılmasına və iki xalq arasında barışıq yaradılmasına kömək edəcək.

 

Fələstinin WAFA xəbər agentliyinin verdiyi məlumata görə, Abbas Herzoqla telefon danışığında Qəzza, İordan çayının qərb sahili və Qüdsdə davamlı sülhün təmin edilməsinin vacibliyini vurğulayıb.

 

Abbas vurğulayıb ki, hərtərəfli və ədalətli sülh üçün lazımi şəraitin yaradılmasına görə əməli addımlar atılmalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...