“Ümid edirəm ki, o, tezliklə sağalacaq və…”
“Onunla hər hansı şəxsi ədavətim-filanım yoxdur və onun yorğan-döşəyə düşməsini və ya başına bir iş gəlməsini istəməyənlərdənəm”.
Versus.Az xəbər verir ki, bu sözləri moderator.az-a keçmiş Müsavat başqanı, Milli Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin sağlamlığı ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Həmin məqaləni olduğu kimi təqdim edirik:
Keçmiş Müsavat başqanı, Milli Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin ürəyində yaranan problem səbəbindən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi xəbəri bir neçə gündür ki, cəmiyyətin və medianın diqqət mərkəzindədir. Hamı keçmiş başqana can sağlığı arzulayır və tezliklə sağalaraq normal həyatına davam etməsini dua edir. Maraqlıdır ki, YAP da İsa Qəmbərin xəstəliyinə biganə qalmadı və hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov onun dövlət hesabına müalicə ediləcəyini də dilə gətirdi. Hətta bəzi məlumatlara görə onun səhhəti dövlət başçısının nəzarəti altındadır və keçmiş başqanın ən qısa zamanda sağalması üçün lazım olan bütün prosedurların ən yüksək səviyyədə həyata keçirilməsi göstərişi verilib. Maraqlıdır, görəsən, tez-tez İsa Qəmbər haqqında sərt fikirlər səsləndirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev keçmiş başqanın özünə və ya yaxınlarına zəng edərək “keçmiş olsun” deyibmi?
Xəbər lenti
Erməni vəhşiliyinin NÖVBƏTİ İZİ
"Ermənilərin vəhşiliyi, onsuz da, göz önündədir"