Britaniya ordusuna qarşı iddia qaldırıldı

09:55 28-07-2021 | icon 697 | Dünya
Britaniya ordusuna qarşı iddia qaldırıldı

Keniyanın Nanyuki şəhərində bir qrup lobbiçi və minə yaxın yerli sakin Britaniya ordusuna qarşı iddia qaldırıb.

 

Onlar iddia edir ki, Britaniya ordusunun hərbi manevri əsnasında qoruqda dağıdıcı yanğın meydana gəlib.

 

Bu barədə BBC xəbər yayıb.

 

Mart ayında britaniyalıların təlimləri Keniya qoruğunda genişmiqyaslı yanğınla başa çatmış, ixtisaslaşmış xidmət orqanları isə uzun müddət yanğının öhdəsindən gələ bilməmişdi. Yanğının rəsmi səbəbi isə açıqlanmayıb. Bir ay əvvəl Nanyukidən səkkiz kilometr məsafədə, Britaniya hava bazasında yeni qərargahın və təlim mərkəzinin açılışı olub.

 

Televiziya və radio şirkətinin verdiyi məlumata görə, yerli sakinlər yanğının azı dörd gün davam etdiyini və indiyədək görünməmiş hadisə olduğunu deyiblər.

 

Məhkəmədə iddiaçı tərəf bildirib ki, təlimlər həm insanların təmiz və sağlam ətraf mühitini, həm də təhlükəsiz hərbi təlim standartlarını pozub. Eyni zamanda, səs-küydən və yanğından qaçan vəhşi heyvanlar evləri zəbt edib, məhsulu məhv ediblər. Onlar Britaniya ordusunun və ətraf mühiti mühafizə orqanlarının məsuliyyətə cəlb edilməsini istəyirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür