Deputatdan HƏYƏCAN TƏBİLİ

10:17 04-08-2021 | icon 397 | Siyasət
Deputatdan HƏYƏCAN TƏBİLİ

Razi Nurullayev: "Oksigen çatışmazlığı yüzlərlə xəstənin itirilməsi ilə nəticələnə bilər"

 

"Xəstəxanalardan həyacanlı xəbərlər gəlir ki, oksigen çatışmır. COVİD-19 xəstələrinə isə oksigen lazımdır".

 
 
Versus.Az xəbər verir ki, bunu sosial şəbəkə üzərindən həyəcan təbili çalan Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev bildirib.
 
 
Onun sözlərinə görə, oksigen çatışmazlığının səbəbi kimi Sumqayıtda yerləşən Oksigen zavodunun 55 gündür işləməməsi göstərilir:
 
 
"Ağır xəstələrin sayı artır, gündə xeyli həyacan dolu zənglər alıram. Oksigen olmasa, vəziyyət daha da ağırlaşacaq. Bu zavodun işləməməmə səbəbi nədir, bilmirəm, amma tez təcili tədbirlər görülməlidir. Çox narahat oldum. Oksigen çatışmazlığı yüzlərlə xəstənin itirilməsi ilə nəticələnə bilər".
 
 
Bu məsələyə diqqət ayrılması, araşdırılması və işıqlandırılması üçün mətbuata çağırış edən R.Nurullayev vurğulayıb ki, oksigenə ehtiyacı olan hər birimizin yaxını ola bilər:
 
 
"Mənə belə gəlir ki, yalnız Sumqayıtda yox, digər yerlərdə də oksigen istehsalı olmalıdır. Bilmək istərdik ki, bu sahədə hansı işlər görülür və aidiyyatı orqanlar hansı alternativ addımları atır".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür