“Ölkəmizdəki Rusiya, İran, Fransa və sair meyilli qüvvələr qıcıqlanır”

10:17 23-08-2021 | icon 742 | Siyasət
“Ölkəmizdəki Rusiya, İran, Fransa və sair meyilli qüvvələr qıcıqlanır”

 

Könül İsmayılova: “Yəqin ki, DƏMİR YUMRUQ hərəkətə gələcək”

 

Prezident onlara yerlərini göstərir, hər çıxışında mesajlarını verir, əgər bu da Azərbaycana düşmən mövqedə dayanan qüvvələrə təsir etmirsə, yəqin ki, DƏMİR YUMRUQ hərəkətə gələcək”.

 

Bunu Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı CNN Türk” kanalına verdiyi müsahibəsi ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib.

 

Könül xanım qeyd edib ki, Ermənistanın işğalından azad edilən torpaqlarımızı qarış-qarış gəzən İ.Əliyev çıxışlarında istər xarici düşmənlərimizə, istər daxildə düşmən dəyirmanına su tökən bir qrup qaraguruhçuya reallığı göstərmiş olur:

 

Bu reallıq odur ki, Qarabağ bizimdir, biz öz torpaqlarımızı əkib-biçəcəyik, şəhər və kəndlərimizi yenidən quracağıq. Düzdür, nəinki Azərbaycana düşmən ölkələr, hətta ölkəmiz daxilindəki rusiyameyilli, iranmeyilli, fransameyilli və sair meyilli qüvvələr cənab prezidentin səfərlərindən, çıxışlarından qıcıqlanır, ictimaiyyəti çaşdırmaq üçün ölkədə süni ajiotaj yaradır, amma cəhdləri boşa çıxır. Çünki başda Müasir Müsavat Partiyası olmaqla, bir çox siyasi partiyalar Qarabağ məsələsində dövlət başçısının ətrafında sıx birləşib. İçimizdəki qaraguruhçulardan bəhrələnən xarici qüvvələr beynəlxalq aləmdə Azərbaycanı nüfuzdan salmaq üçün yalan maşınlarını işə salmaqda davam edirlər. Prezidentin Kəlbəcər və Laçına səfərləri və oradakı çıxışları bu qüvvələrə tərs sillədir, qulaqlarında hələ çox səslənəcək”.

 

Prezidentin “CNN Türk” kanalına müsahibəsində səsləndirdiyi açıq mesajları yüksək dəyərləndirən siyasətçi xanım vurğuladı ki, ölkə başçısının səfərləri həm də Zəngəzur dəhlizi, məskunlaşdırma və quruculuq işləri ilə bağlı aydın mesajlarla yadda qaldı:

 

Bu gün artıq Rusiya da anlayır ki, Qarabağda sülhməramlı adı ilə yerləşdirdiyi hərbçilərini heç beş il tamam olmadan oradan çıxarmaq məcburiyyətində qalacaq. Eyni zamanda, Azərbaycan prezidentinin mesajlarında Rusiyaya da xəbərdarlıq var. Yəni bilirik ki, Ermənistana hələ də Rusiydan dəstək var. Son vaxtlar Ermənistan silahlı qüvvələri tərəfindən sərhədlərdə atəşkəsin pozulması halları da bu fikri yaradır ki, düşmən yenə himayə olunur və bizə qarşı silahlanır.

Biz siyasi partiyaların belə bir vaxtda öhdəsinə düşən budur ki, 44 günlük müharibədə Prezidentin ətrafında necə sıx birləşdiksə, bu gün də bu birliyimizi davam etdirək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür