İki piyadanın arasından keçib dirəyə çırpıldı

10:28 09-09-2021 | icon 303 | Maraqlı
İki piyadanın arasından keçib dirəyə çırpıldı

İstanbulun Umraniyyə rayonunda idarəetməni itirən minik avtomobilinin sürücüsü yol kənarında olan dirəyə ardınca isə yük maşınının təkərinə çırpılıb.

 

“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

 

Videoda hərəkətdə olan avtomobilin yoldan çıxaraq sürətlə iki piyadanın arasından keçməsi və onlara heç bir xətər yetirməməsi xüsusi diqqət çəkib.

 

Qəza nəticəsində avtomobilin sürücüsü yüngül yaralanıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər