254 kq çəkidə olan qadın bir ildə 101 kq arıqladı

10:30 09-09-2021 | icon 411 | Maraqlı
254 kq çəkidə olan qadın bir ildə 101 kq arıqladı

254 kiloqram çəkidə olan britaniyalı Ketlin Vuton yeni hobbisi sayəsində bir ildə 101 kiloqram arıqlayıb.

 

48 yaşlı qadın hipermobiliyyət sindromu, osteoartrit və lipedemadan əziyyət çəkir. Bu səbəbdən britaniyalı qadın müstəqil hərəkət etməkdə çətinlik çəkib, paltar dəyişdirmək və ayaqqabı geyinmək üçün daim yardıma ehtiyacı olub.

 

Bir gün Vutonun bacısı onu açıq suda üzməyə dəvət edib. İngiltərəli qadının sözlərinə görə o, suya ilk girəndə göz yaşlarını saxlaya bilməyib: qadın bədəninin yenidən hərəkət etdirə bilməyin sevincini yaşayıb.

 

Həmin vaxtan etibarən qadın müntəzəm üzgüçülüyə başlayıb, həmçinin qida rasionuna fikir verib. Nəticədə o, bir ilə 101 kq arıqlayıb.

 

“Hər bədənin gözəl olduğuna inanıram. Ona görə, incə görünmək üçün deyil, rahat yaşamaq üçün arıqlamaq istəyirəm və bu yolda dayanmadan irəliləyirəm”, - deyə Vuton özü ilə qürur duyduğunu etiraf edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür