Qisas zəminində QƏTL

14:54 21-09-2021 | icon 451 | Hadisə
Qisas zəminində QƏTL

Azərbaycanlı gəncin ayağına ağır əşya bağlayıb suya atdılar

 

Gürcüstanın Marneuli rayonunda 1993-cü il təvəllüdlü azərbaycanlı gənc qətlə yetirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

 

Məlumata əsasən, qətli törətməkdə şübhəli bilinən 3 gənc saxlanılıb. Onlardan ikisi keçmişdə məhkumluq həyatı yaşayıb.

 

İstintaqla müəyyən edilib ki, hadisə qisas zəminində baş verib. Saxlanılan şəxslər sentyabrın 18-də gəncin əl-qolunu bağlayaraq idarə etdikləri avtomobillə onu bir kəndə aparıblar. Daha sonra üzərinə ağır əşya bağlayaraq onu su kanalına atıblar və nəticədə gənc ölüb.

 

Ağırlaşdırıcı hallarda qrup halında qəsdən adam öldümədə günahlandırılan şəxslərdən ikisini 7 ildən 17 ilədək, ağır cinayət barədə polisə məlumat verməyən üçüncü şəxsi isə 3 ildən 7 ilədək həbs gözləyir. /Report/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT