Xankəndində ev almaq istəyənlərin nəzərinə: qiymət ucuz, satış təcili

18:02 24-09-2021 | icon 591 | Cəmiyyət
Xankəndində ev almaq istəyənlərin nəzərinə: qiymət ucuz, satış təcili

Xankəndi və ətrafında yerləşən yüzlərlə daşınmaz əmlak - mənzil, ev, müxtəlif kommersiya obyektləri və torpaq sahələrinin satışında canlanma var. “Bakı-xəbər”ın məlumatına  görə, erməni əmlak satışı saytlarında sözügedən ərazilərdəki daşınmaz əmlaklarla bağlı yerləşdirilən elanların sayı belə deməyə əsas verir. Hər keçən gün bu kateqoriyadan elanlar daha da artır. Sayı getdikcə çoxalan satış elanlarına nəzər yetirəndə görmək olar ki, əksəriyyəti “təcili”, “razılaşma mümkündür” başlığı ilə qeyd olunub. Hazırda Ermənistanın satış saytlarında ötən ilin son iki ayında yerləşdirilən elanların yenilənməsi prosesi müşahidə olunur.

 

Versus.az xəbər verir ki, bunu “list.am” portalına nəzər salanda da görmək mümkündür. O da maraqlıdır ki, ötən ilin sonunda ermənilər satışa çıxardıqları evlərə fantastik qiymətlər qoyurdular. Amma indi vəziyyət dəyişib. Ermənilər satdıqları əmlakın qiymətini xeyli aşağı salıblar. Burada əsas diqqətçəkən məqam ondan ibarətdir ki, mənzil satışı ilə bağlı verilən elanların əksəriyyətində əlaqə vasitəsi kimi Rusiya nömrəsi qeyd edilir. Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumatlara görə, Xankəndidə satışa çıxarılan mənzillərə daha çox azərbaycanlılar maraq göstərir. Təxmini hesablamalara görə, Xankəndində yaxşı bir ev və torpağın qiyməti 40-50 min dollardan baha deyil.

Ermənilər evlərini niyə satır?

Əslində ermənilərin Xankəndindən qaçması gözlənilən proses idi. Çünki ağlı olan erməni bilməlidir ki, indən sonra bu bölgənin Azərbaycandan ayrı heç bir perspektivi yoxdur və ara-sıra səslənən “müstəqillik” bəyanatı nağıldan başqa bir şey deyil. Bu səbəbdən ermənilər şəhərdən qaçmağa üstünlük verirlər. Çünki Şuşadan baxanda Xankəndi azərbaycanlı hərbçilərin əlinin içində görünür. Belə bir psixoloji, qeyri-müəyyən vəziyyətdə yaşamaq onlar üçün asan deyil. Üstəlik, Xankəndində tez-tez işıqlar sönür, su problemi yaşanır, əhalinin sosial şəraiti pisləşib, hətta radiostansiyalar tutmur. Əvvəllər 8-90 min erməninin qayıtdığı deyilirdisə, indi onların sayının 25-30 min olduğu etiraf olunur. Üstəgəl, onların sabaha ümidi yoxdur və Xankəndində qalanların da əksəriyyəti yaşlı nəsildir. Əgər sülhməramlılar da olmasa, ermənilər orada bir gün belə qalmazlar. Bu əmlak satışları da təsdiqləyir ki, ermənilər gedirlər. Bəs bu fürsəti necə dəyərləndirə bilərik?

Ramil Osmanlı: “Bələdiyyələrin vergi yığımında problemlər aradan qalxacaq”

Ramil Osmanlı 

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı “Yeni Müsavat”a bildirib ki, indiki mərhələdə bu fürsətdən istifadə etmək imkanlarımız həm texniki, həm hüquqi baxımdan məhduddur. Onun sözlərinə görə, hazırda sözügedən ərazi üzrə icra hakimiyyəti orqanlarının fəaliyyəti yoxdur. “İstər notarial orqanlar olsun, istər reyestr xidməti, bu ərazilər Azərbaycanın qeydiyyat sistemində yoxdur. Ona görə Xankəndində ev almaq üçün hüquqi cəhətdən bundan məhrumuq. Texniki baxımdan isə ona görə məhduddur ki, evləri almaqla Xankəndində yerləşən qondarma qurumun notarial orqanlarını qeyri-rəsmi də olsa, tanımış oluruq. Amma bütövlükdə bu proses dayanmayacaq, getdikcə sürətlənəcək. Xankəndində olan ermənilər gözəl başa düşürlər ki, ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya həmin əraziləri tərk etməlidirlər. Bu səbəbdən evini satışa çıxanlar vəziyyəti dərk edirlər”.

Əmlak eksperti hesab edir ki, Rusiya vətəndaşı olanlar bunu edə bilərlər: “Bəlkə də bunun arxasında bilmədiyimiz gizli məqamlar da var. Amma nəticə verməyəcək. Fikrimcə, növbəti ildən Azərbaycan hökuməti sülhməramlıların nəzarətində olan ərazilərin bərpası, əhalinin həmin yerlərə köçürülməsi üçün addımlar atacaq. Bu proses başladıqdan sonra ermənilərin evlərini satışa çıxarması işi sürətlənəcək. Amma ilk növbədə hüquqi məsələlər həllini tapmalıdır. Yəni kadastr, elektron xəritələr, reyestr olmadığına görə ərazi idarələrinin fəaliyyəti bərpa olunmalıdır, məlumat bazası yaradılmalıdır, Xankəndindəki daşınmaz əmlaklar haqda reyestr və kadastr məlumatlar elektron variantda toplanmalıdır, bundan sonra prosesi həyata keçirmək olar”.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür