II Yelizaveta “İlin yaşlısı” mükafatını qəbul etmədi

10:52 21-10-2021 | icon 518 | Maraqlı
II Yelizaveta “İlin yaşlısı” mükafatını qəbul etmədi

Böyük Britaniya kraliçası II Yelizaveta “The Oldie” jurnalının kifayət qədər çox yaşı olan şəxslərin uğurlarını qeyd etmək üçün verdiyi “İlin yaşlısı” mükafatına layiq görülüb.

 

“Haber Global” məlumat verir ki, 95 yaşlı kraliça mükafatdan imtina edib.

 

Kraliçanın Şəxsi Katibinin köməkçisi Tom Lainq-Beyker tərəfindən göndərilən məktubda deyilir:

“Əlahəzrət insanın hiss etdiyi yaşda olduğuna inanır. Bu səbəbdən mükafatı qəbul edə bilmək üçün müvafiq meyarlara cavab verdiyini düşünmür və daha layiqli alıcı tapacağınıza ümid edir”.

 

Kraliçanın aprel ayında vəfat edən həyat yoldaşı şahzadə Filip 2011-ci ildə 90 yaşında sözügedən mükafatı alıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA