Çəkini nəzarətdə saxlamaq üçün SADƏ QAYDALAR

11:10 21-10-2021 | icon 452 | Sağlamlıq
Çəkini nəzarətdə saxlamaq üçün SADƏ QAYDALAR

Britaniyalı həkim dietoloq Maykl Mosli çəkini nəzarətdə saxlamaq və sağlam həyat tərzini qorumaq üçün bir neçə sadə qaydanı izah edib.

 

Onun sözlərinə görə, pəhriz saxlamaq çətindir, lakin həmin çəkini qorumaq ondan da çətindir:

 

“Yalnız beş nəfərdən biri uzun müddət istədiyi çəkini saxlaya bilir”.

 

Mütəxəssis çəkini qorumaq üçün gündəlik istehlak edilən kalori miqdarını dəyişdirməyi təklif edir. Dietoloqun fikrincə bunu insanın cinsini, yaşını, çəkisini və əzələ kütləsinin həcmini nəzərə alaraq fərdi formada müəyyən etmək doğru olar:

 

“Ən vacib göstərici – əsas metabolik sürətdir. Bunun köməyi ilə oturanda və heç nə etmədiyiniz vaxt yandırdığınız kalorilərin sayını təyin edilir”.

 

Həkimin dediyinə görə, yaxşı formada qalmaq və sağlam həyat tərzi sürmək üçün fiziki aktivliyi unutmamaq vacibdir. O, əlavə edib ki, gün ərzində kiçik gəzintilər bir dəfəyə on min addım getməyə çalışmaqdan daha yaxşıdır.

 

Dietoloq mütəmadi olaraq özünü çəkməyi və bədəninin həcmini santimetrlə ölçməyi məsləhət görüb.

 

“Ancaq rəqəmlərdən asılı hala gəlməmək üçün bunu tez-tez etməyin”, - deyə o xəbərdarlıq edib.

 

Qəlyanaltı məsələsinə gəlincə isə həkim zərərli qidaları evdə hazırlanan sağlam qidalarla əvəz etməyi tövsiyə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM