“Park Cinema Flame Towers” kinoteatrı yenidən fəaliyyətdə

13:52 21-10-2021 | icon 731 | Film
“Park Cinema Flame Towers” kinoteatrı yenidən fəaliyyətdə

Uzun fasilədən sonra “Park Cinema Flame Towers” kinoteatrı yenidən fəaliyyətə başlayıb.

 

Versus.Az xəbər verir ki, “Dyuna” “Park Cinema”dan başladı! Kinoteatrların yenidən fəaliyyətə başlamasından cəmi 20 gün keçməsinə baxmayaraq, Park Cinema şəbəkəsi artıq yüksək səviyyəli premyeraların nümayişi ilə bağlı ikinci tədbirini keçirib.

 

Noyabrın 14-də Park Cinema Metropark-da "Venom-2" filminin xüsusi bir nümayişi keçirilmişdisə, bu dəfə qonaqlar “Dyuna” filminin bağlı nümayişinə təşrif buyurub. Dune, rejissor Deni Vilnev tərəfindən çəkilmiş və Frenk Herbertin eyniadlı əsərin ekranizasiyasıdır.

Bu dəfə "Suiqəstçi", "Gəliş", "Blade Runner 2049" filmləri ilə yadda qalan 54 yaşlı fransız, Timoti Şalame, Rebekka Fergüson, Oskar Ayzek, Coş Brolin, Xavyer Bardem, Ceyson Momoadan ibarət rəngli aktyorl ansamblini topladı. Filmin bəstəkarı isə əfsanəvi Hans Zimmerdir. “Çox şadıq ki, azərbaycanlı tamaşaçılar Vilnevun bu əsərini izləyə biləcəklər. Təəssüf ki, pandemiya və onun səbəbindən gələn karantina görə bir neçə yüksək səviyyəli premyeralara baxmaq imkanından məhrum olduq, lakin indi bu çatışmamazlığı aradan qaldırmaq istəyirik. Sonda əsası odur ki, hamı sağlam olsun. Məhz bu səbəbdən tamaşaçılarımızı girişdə covid pasportlarını göstərməyə çağırırıq. Əminliklə deyə bilərəm ki, həm premyeralarımıza, həm də adi seanslarımıza gələn hər qonağın ya iki dozalı covid pasportu, ya da immunitet sertifikatı, ya da əks-göstərişlər sertifikatı var”, - deyə şəbəkənin PR xidmətinin rəhbəri Rüstəm Fətəliyev bildirib.

O, həmçinin qeyd edib ki, azərbaycanlı tamaşaçılar “Dune” filminə IMAX formatında yalnız “Park Cinema Flame Towers” kinoteatrında baxa biləcəklər. “Onu da xatırladım ki, kinoteatrımızda hər həftənin bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günü “Super günlər” keçirilir, biletlərin qiyməti 3,30 manatdan başlayır”, - Fətəliyev deyib.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İqtisadi tarazlıq nə zaman pozulur?

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Roza Zərgərlinin 12 min manatlıq TOYU

Mədəniyyət AFİŞASI

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

İsmayıl Osmanlı - 122