Pensioner kişi polisi güllələdi
Rusiyanın Bryansk vilayətində 67 yaşlı pensioner kişi arvadının intiqamını almaq üçün polis mayorunu güllələyib.
Şübhəli cinayətdən sonra hadisə yerindən qaçıb.
34 yaşlı zərərçəkən çiyindən, belindən və qarnından aldığı güllə yaraları ilə xəstəxanaya yerləşdirilib.
Polisin sözlərinə görə, bir müddət əvvəl o, şübhəlinin arvadını “samoqon” ticarəti ilə əlaqədar inzibati məsuliyyətə cəlb edibmiş.
Şübhəlinin arvadı isə ərinin psixikasında son illərdə problemlər yarandığını bildirib. Buna görə, o, əri ilə ayrı yaşayıb.
Baş verənlərlə əlaqədar cinayət işi açılıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"