Təhsil idarəsi vətəndaş qəbulunu DAYANDIRDI

14:54 03-11-2021 | icon 364 | Təhsil
Təhsil idarəsi vətəndaş qəbulunu DAYANDIRDI

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) vətəndaşların ənənəvi qəbulunu 2022-ci il yanvarın 1-dək dayandırıb.

 

Qurumdan verilən məlumata görə, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, BŞTİ-nin Vətəndaşların Qəbulu Mərkəzi 2022-ci ilin yanvarın 1-dək vətəndaşların qəbulunu dayandırıb.

 

Qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Çağrı Mərkəzi (146-0) vasitəsilə cavablandırılacaq.

 

Vətəndaşlar, həmçinin idarənin rəsmi elektron poçt ünvanına və Təhsil Nazirliyinin saytına müraciət edə bilərlər.

 

Qeyd edək ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yazdıqları məktubları poçtla göndərə və ya digər müvafiq sənədləri idarənin əsas giriş qapısının yanındakı poçt qutusuna sala bilərlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Əfsanəvi telefonun yeni VERSİYASI

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT