“II İpəkyolu Beynəlxalq Muzeylər Alyansı” - KONFRANS

21:10 17-11-2021 | icon 407 | Cəmiyyət
“II İpəkyolu Beynəlxalq Muzeylər Alyansı” - KONFRANS

Akademik Nailə Vəlixanlı konfransında çıxış edib

 

17 noyabr 2021-ci il tarixində Çinin Pekin şəhərində İpəkyolu Beynəlxalq Muzeylər Alyansı (İBMA)-nın “Rəqəmsallaşma və İnnovasiya: Post-Pandemiya Dövründə Muzeylər” mövzusunda II konfransı keçirilib.

 

Versus.Az xəbər verir ki, onlayn formatda təşkil olunmuş konfransda Azərbaycan, Belorusiya, Çin, Əlcəzair, Qazaxıstan, Macarıstan, Myanma, Lativiya, Lixtnşteyn, Polşa, Rusiya, Serbiya, Tailand muzeylərinin rəhbər və nümayəndələri iştirak ediblər.

 

Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı “Rəqəmsallaşma və İnnovasiya: Post-Pandemiya Dövründə Muzeylər” mövzusunda çıxış edərək, muzeyin elmi fəaliyyətindən, eksponatların qorunub mühafizə olunması və bərpa texnologiyasından danışdı. O, muzeyin pandemiya dövründəki və hazırki fəaliyyəti haqqında, H.Z.Tağıyevin Xatirə muzeyinin yeni texnologiya-iriölçülü ekranla (touchscreen) təchiz edilməsi, 3D piramida ilə nümayiş olunan sərgilər, 100 illik yubiley ərəfəsində görülən işlər, muzeyin müxtəlif fondlarında qorunan unikal materialların muzeyin rəsmi internet səhifəsi və sosial şəbəkələrdə ziyarətçilərin ixtiyarına verilməsi barədə ətraflı çıxış etdi.

N.Vəlixanlı 2020-ci ildə muzeydə II Qarabağ müharibəsi zamanı yeni Vətən müharibəsi fondunun yaradılmasının böyük təşəbbüs olduğunu vurğulayaraq qeyd etmişdir ki, bu fondun yaradılmasında məqsəd Azərbaycan xalqının bu müharibədə göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsidir.

Eyni zamanda, Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə “COVID-19 pandemiyası dövründə muzey, arxiv və kitabxanaların fəaliyyətinin təşkili” mövzusunda keçirilmiş vebinarda 2020-ci ilin əvvəlindən dünyanı bürüyən COVID-19 pandemiyası dövründə muzey, arxiv və kitabxanaların fəaliyyəti, elmi işlərin aparılması, sərgilərin və oxucularla işin təşkili zamanı yaranmış çətinliklər və onların həlli ilə bağlı maraqlı çıxışların olduğu da konfrans iştirakçılarının nəzərinə çatdırlmışdır.

 

Sonda N.Vəlixanlı muzeyin əsas məqsədinin ekspozisiya məkanına yeni nəfəs vermək, xüsusilə pandemiya zamanı muzey işinin fəaliyyətində fasilələrin yaranmasına mümkün qədər yol verməmək olduğunu bildirib. Konfransda muzeylər arasında beynəlxalq əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması haqqında müzakirələr oldu. Xatırladaq ki, 2018-ci il İpəkyolu Beynəlxalq Muzeylər Alyansı (İBMA)-nın I konfransında akademik Nailə Vəlixanlı alyansın 9 vitse-prezidentdən biri seçilmişdi.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür