“Gələcəkdə belə səhvlər etməsə, yaxşı olar”

10:00 26-11-2021 | icon 543 | İdman
“Gələcəkdə belə səhvlər etməsə, yaxşı olar”

"Qələbə qazanmaq istəyirdik. Anvaq"qismət olmadı. İndi çalışıb İsveçrədə "Bazel"ə qarşı qrup lideri olmaq üçün mübarizə aparacağıq. Oyundan sonra futbolçularımı gözəl oyuna görə təbrik etdim".

 

Versus.Az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

 

Avropa Konfrans Liqasının qrup mərhələsinin "Qarabağ" - "Omoniya" oyunu keçirilib. Görüş 2:2 hesabı ilə başa çatıb. Qurban Qurbanov matçla bağlı aşağıdakı fikirləri bildirib:

 

"Qapıçının səhvindən danışmağa, məncə, dəyməz. Biz həmişə ona müdafiədə kömək etməyi tapşırırıq. Bu qolda Şahruddinin səhvindən çox, Qomeşin ustalığını mən qeyd edərdim. Gözəl qol vurdu. Şahruddinə isə bu qola görə heç nə demədim. Əksinə, ona ürək-dirək verdim. Baş hakimin ilk qrup matçı idi. Bu baxımdan təcrübəsiz idi. Qırmızı vərəqə verdikdən sonra sanki bunu kompensasiya etmək istəyirdi. Onun idarəçiliyi birtərəfli idi. Bizim sayılmayan qolumuz və verilməyən penaltimiz oldu. Təkrara baxdıq, hakimlikdə səhv olub. Gələcəkdə belə səhvlər etməsə, yaxşı olar. Bu matç bizə "İnter"lə (Milan) oyunu xatırlatdı".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür