Ekzema necə əmələ gəlir və müalicəsi varmı?

17:58 01-12-2021 | icon 1232 | Sağlamlıq
Ekzema necə əmələ gəlir və müalicəsi varmı?

Nərminə Abbasova: “Nadir hallarda olsa da, ekzema insanın bütün dərisinə yayıla bilər”

 

Digər adı atopik dermatit olan ekzema xroniki gedişə və residivləşməyə meyilli, polimorf səpgilərlə xarakterizə olunan, neyroallergik mənşəli dərinin iltihabi xəstəliyidir. Ekzemanın dəqiq etiologiyası indiyədək məlum deyil. Bu haqda bir cox nəzəriyyələr - neyrogen, endokrin-metobolik, infeksion-allergik, genetic immun nəzəriyyələr var.

 

Mövzuyla bağlı Versus.Az-a danışan MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVAnın sözlərinə görə, hazırda belə bir mülahizə var ki, ekzema xəstəliyi mərkəzi və vegetativ sinir sisteminin funksional pozğunluğu və bir sıra ekzogen amillərin təsiri nəticəsində əmələ gəlir.

 

Həkim-terapevt bildirdi ki, ekzogen amillərdən dəriyə bir müddət təkrar təsir göstərən mexaniki (təkrar xırda zədələnmələr), fiziki (müxtəlif şüalar), kimyəvi (turşular, qələvilər, duzlar və s.) və bioloji (bakteriyalar, göbələklər) qıcıqlandırıcılar, endogen amillərdən isə daxili sekresiya vəzilərinin funksional pozğunluqlarını, habelə daxili orqanların (qaraciyər, öd kisəsi, mədə bağırsaq) xəstəliklərini göstərmək olar:

 

“Adətən hər hansı bir amilin təklikdə təsiri nəticəsində ekzema əmələ gəlmir. Ekzema xəstəliyinin əmələ gəlməsi üçün bir neçə amilin birgə təsiri olmalıdır. Məhz buna görə ekzema polietioloji xəstəlik hesab edilir. Məsələn, daxili orqanların birində xroniki bir xəstəliyin olması, habelə endokrin və mərkəzi sinir sisteminin funksional pozğunluğu şəraitində ekzema baş verə bilər. Yəni ekzema xəstəliyinin patogenezində mərkəzi sinir sisteminin birinci dərəcəli əhəmiyyəti var. Ekzemanın baş verməsində eyni zamanda dəri reseptorlarının mərkəzi və periferik uclarının funksional pozğunluğunun da əhəmiyyəti var. Bir sözlə, ekzemanın baş verməsində mərkəzi və periferik sinir sistemlərinin pozulması mühüm rol oynayır”.

 

Həkim deyir ki, kliniki olaraq ekzema dəri örtüyünün bütün sahələrində baş verə bilər:

 

“Lakin o, əllərdə, qollarda, üzdə, boyunda, ayaqlarda daha çox müşahidə edilir. Ekzemanın xüsusiyyəti ondadır ki, o, əsasən orqanizmin simmetrik hissələrində əmələ gəlir. Məsələn, hər iki əldə, hər iki qulaq yaxud göz nahiyəsində və sair. Ümumiyyətlə, ekzema çox nadir hallarda birtərəfli olur. Ekzema zamanı iltihabi prosesə cəlb olunmuş nahiyədə əvvəlcə şişkinlik, sonra isə polimorf səpgilər müşahidə olunur. Bu səpgilər sudurcuq, düyüncük və digər tipli ünsürlərdən ibarət olur. Dəridə iltihabi proses artdıqca bu ünsürlər çoxalır. Sonra sudurcuqların deşilməsi nəticəsində həmin yer sulanır. Bu zaman zədələnmə nahiyəsində səthi sıyrıntılar, buynuz təbəqəsindən məhrum olunmuş sahələr, qartmaqlar və sair ikincili dəri ünsürləri müşahidə olunur. Ekzemanın sulanan dövründə zədələnmə nahiyəsində xırda damcılarla ekssudat buraxan xeyli nöqtəvari məsamələr görmək olar.

 

Həkim deyir ki, uşaqlarda həyatının birinci ilində ekzemanın inkişaf etməsi ananın hamiləliyinin ağırlaşmaları, şəkərli diabet, ürək-damar və digər xəstəlikləri keçirməsi, dərman preparatlarının qəbulu, erkən süni qidalanmaya keçməsi və digər səbəblərlə əlaqədardır.

 

Nərminə xanım onu da vurğuladı ki, ekzema xəstəliyinin bir neçə kliniki formaları var ki, bunlar həqiqi ekzema, mikrob ekzeması, seboreya ekzeması, uşaq ekzeması, peşə ekzeması və həqiqi ekzemadır:

 

“Xəstəliyin digər formalarından fərqli olaraq zədələnmə sərhədləri qeyri-kəskin və simmetrik olur. Xəstəlik uzun sürür, arabir yaxşılaşır, yenidən kəskinləşir, yayılmağa daha cox meyillidir, müalicəyə tabe olmur.

Mikrob ekzemasında isə zədələnmə sərhədləri kəskin olur, daha çox irinciklər müşahidə olunur. Xəstəlik adətən irinli yaraların ətrafında başlanır, əvvəlcə bir tərəfli olur, sonralar ekzema simmetrik hal alır. Mikrob ekzeması nadir hallarda yayılmağa meyilli olur.

Seboreya ekzemasına gəlincə, əsasən başın tüklü hissəsində, üzdə, döş qəfəsinin ön və arxa səthlərində piy vəzilərinin zəngin olan sahələrində müşahidə olunur. Zədə nahiyəsində sulanma nisbətən az olur, sarı boz qabıqlar, şiddətli qaşınma müşahidə edilir”.

 

Həkim deyir ki, uşaq ekzeması daha cox ilk 6 ayda başlanır. Zədə nahiyələri simmetrik, sərhədlər qeyri-dəqiq olur. Onun sözlərinə görə, uşaqlarda mədə-bağırsaq pozuntuları daha çox olduğundan ekzemanın qarışıq formalarına rast gəlinir.

 


Həkim terapevt xəstəliyin digər formasından, yəni peşə ekzemasından danışarkən bildirdi ki, bu ekzema istehsalat şəraitində peşə amillərinin təsiri nəticəsində əsasən orqanizmin açıq nahiyyələrində əmələ gəlir:

 

“Adətən bu ekzema peşə allergik dermatitindən sonra əmələ gəlir, zədə sərhədləri dəqiq olur. Ümumiyyətlə, ekzema uzun sürən xroniki dəri xəstəliyidir. O, bəzən sakitləşib sağalmağa meyl edir, bəzən də artıb kəskinləşir. Ekzemaya diaqnoz qoymaq nisbətən asandır. Xəstəliyin simmetrik olması, zədələnmə nahiyəsində düyüncüklərin, sudurcuqların, sulanmanın, qaşınmanın, müşahidə olunması əsasında diaqnoz qoyulur. Bəzən ekzemanı allergiyalı dermatitdən ayırmaq xeyli çətinlik törədir. Ekzemadan fərqli olaraq allergiyalı dermatit dəri örtüyünün açıq hissələrində və müəyyən ekzogen qıcıqlandırıcının təsiri nəticəsində əmələ gəlir. Həmin qıcıqlandırıcı orqanizmdən uzaqlaşdırıldıqda, xəstəlik tezliklə qurtarır”.

 

Nərminə xanımın sözlərinə görə, ekzema xəstəliyinin həqiqi əmələ gəlmə səbəbləri tibdə hələ ki məlum olmasa da, bəzi amillər bu xəstəliyin inkişafına təkan verə bilər. Həkimin sözlərinə görə, bu amillərin arasında irsiyyət, psixiki travmalar, şəkərli diabet, qalxanvari vəzi xəstəlikləri, həzm sistemi xəstəlikləri, varikoz xəstəliyi, allergiyalar, mikrob və göbələklər öndə durur.

 

 

Ekzema xəstəliyinin simptomlarından da danışan həkim terapevt vurğuladı ki, dərinin bir hissəsində qızartı əmələ gəlir və dəri bu yerdə qalınlaşır:

 

“İltihablaşmış yerdə səpgilər əmələ gəlir. Səpgilər ekzemanın növündən asılı olaraq müxtəlif şəkildə ola bilər. Eyni zamanda, qaşınma əmələ gəlir. Qaşınma o dərəcədə güclü olur ki, insanın normal yuxusu və normal həyat ritmi pozulur. Sonra səpgilərin qabarcıqları deşilir və yerində kiçik ağrılı yaralar, çatlar əmələ gəlir. Diqqət edəndə görünür ki, dərinin üzərində pulcuqlar əmələ gəlir. Qeyd edim ki, iltihab azaldıqda zədələnmiş yerdə dəri quru, nahamar olur, çatlayır. Onu da deyim ki, əksər hallarda ekzema üzdə, əllərdə və ayaq pəncələrində əmələ gəlir, lakin iltihab digər yerlərdə də inkişaf edə bilər. Nadir hallarda olsa da, ekzema insanın bütün dərisinə yayıla bilər. Bax bu, çox təhlükəli ağırlaşmadır”.

 

 

DİQQƏT!

 

Həkim terapevt Nərminə Abbasova Ekzema xəstəliyindən əziyyət çəkənləri müayinə və müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...