O, gürcü şahmatçı barədə təhrifi etiraf etdi

10:07 08-12-2021 | icon 699 | Film
O, gürcü şahmatçı barədə təhrifi etiraf etdi

“Kraliçanın Qambiti”nin (“The Queens Gambit”) ssenari müəllifi və prodüseri Skott Frank məhkəmədə təsdiqləyib ki, serialda gürcü şahmatçısı Nona Qaprindaşvili ilə bağlı faktlar qəsdən dəyişdirilib. Bu barədə “Netflix”ə qarşı iddiasında şahmatçının maraqlarını müdafiə edən vəkil Maya Mtsariaşvili bildirib.

 

“Skott Frank müəyyən halları təsdiqləməyə məcbur oldu. O, Nona Qaprindaşvilinin real insan olduğunu bilirdi, həm də bilirdi ki, o, peşəkar karyerasının çox hissəsində kişilərlə oynayıb, lakin bu vəziyyət (mini-serialda) qəsdən dəyişdirilib”, - deyə Mtsariaşvili əlavə edib.

 

Hüquqşünasın sözlərinə görə, serialın yaradıcıları da Qaprindaşvilinin sovet şahmatçısı olduğunu bilirdi, lakin serialda onu “rus” adlandırırdılar, çünki amerikalılar çox vaxt SSRİ vətəndaşlarını sadəcə olaraq “ruslar” adlandırıblar.

 

Mtsariaşvili onu da qeyd edib ki, “Netflix” məhkəmədən iddiaya son qoymağı xahiş edib, lakin onların vəsatəti təmin edilməyib və növbəti şifahi dinləmə 2022-ci il yanvarın 24-nə təyin edilib.

 

Xatırladaq ki, sentyabr ayında şahmat üzrə qadınlar arasında beşinci dünya çempionu Nona Qaprindaşvili “Kraliçanın Qambiti” serialını yayımlayan “Netflix”I məhkəməyə verib. Belə ki, serialda Qaprindaşvilinin heç vaxti kişilərlə oynamadığı bildirilib. Gürcü şaxmatçının sözlərinə görə, halbuki 1968-ci ilə qədər 10-u qrossmeyster olmaqla, kişilərlə ən azı 59 partiya oyun keçirib. Həmçinin, Qaprindaşvilinin filmdə gürcü deyil, rus kimi tanıdılması xoşuna gəlməyib. Bununla bağlı o, 5 milyon dollar (təxminən - 8 500 000 manat) təzminat və kişi şahmatçılarla heç vaxt oynamadığı barədə replikin serialdan çıxarılmasını tələb edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür