105 yaşlı qadından uzunömürlülüyün SİRRİ

11:34 11-12-2021 | icon 460 | Maraqlı
105 yaşlı qadından uzunömürlülüyün SİRRİ

Marafonu başa vurduğu üçün Britaniya İmperiyası Ordeninin kavaleri adına layiq görülən 105 yaşlı qadın uzunömürlülüyünün səbəbini açıqlayıb.

 

Berkşir qraflığının Nyuberi şəhərindən olan Rut Sanders uzunömürlülüyünün və əla fiziki formasının əsas sirrinin müntəzəm idman, rasionunda tərəvəz bolluğu, həmçinin alkoqol və zərərli qidalardan demək olar ki, tamamilə imtinası ilə izah edib.

 

“Mən bütün tərəvəzləri sevirəm, tort və şokoladı çox yemirəm. Lap az nəyinsə dadına baxa bilərəm”, - deyə o bildirib.

 

Qeyd edək ki, qadın aerotəcili yardım üçün pul toplamaq məqsədiylə 2020-ci il marafonunu başa vurmuşdu. O, əvvəl 500 funt-sterlinq (1,1 min manat) toplamağı planlaşdırsa da, toplanan ianənənin məbləği 39 min funt sterlinqdən (87,5 min manat) çox olub.

 

Sonders Britaniya İmperiyasının ordenini Vindzor qəsrində alıb. Qadın ikinci dəfədir ki, oxşar tədbirdə iştirak etdiyini deyib. İlk dəfə isə 85 il əvvəl, o və digər gənc Qırmızı Xaç tibb bacıları Kral V Corc və həyat yoldaşı Meri Tekskə təqdim olunanda kral qəbulunda iştirak edib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür