“Hökumət borclu deyil ki, öhtəliyini verməyən mediaya 40 min versin”

10:45 13-12-2021 | icon 605 | KİV
“Hökumət borclu deyil ki, öhtəliyini verməyən mediaya 40 min versin”

Vüqar Məmmədov: “Medianın birinci növbədə maddi dəstəyə ehtiyacı var”

 

“Media ilə bağlı elə incə detallar var ki, onlar mütləq nəzərə alınmalıdır. Əgər Milli Məclisə daxil olan qanun layihəsi parlamentdə oturan deputatlar tərəfindən yazılıb, onun media orqanları tərəfindən hazırlandığı deyiləcəksə, bu, jurnalistlərin fəaliyyətinin məhdudlaşmasına gətirib çıxaracaq. Parlament layihəni qəbul eləsə də, mütləq açıq müzakirəyə verilməli, sonra ümumi toplantı keçirilib redaksiyalarda verilən təkliflər nəzərə alınaraq yenidən parlamentə təqdim olunmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu “Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov Milli Məclisə təqdim olunan “Media haqqında qanun” layihəsinin müzakirəsi ilə bağlı gözləntilərə diqqət çəkən bildirib.

 

V.Məmədov qeyd edib ki, Medianın İnkişaf Fondunun təşkil elədiyi son görüşdə iştirak edən bütün baş redaktorlar həmin qanun layihəsinin jurnalist camiyəsinə təqdim olunmadan parlamentin müzakirəsinə verilməsinin əleyhinə çıxış etmişdi.  O, eyni zamanda bildirib ki, bu məsələ hansısa redaktorlarla Milli Məclisdə müzakirə olunacaq məsələ də deyil və qanun hazırlanarkən jurnalistlərin, jurnalist təşkilatlarının mövqeyi nəzərə alınmalıydı.

 

V.Məmmədov hesab edir ki, qanunda internet kanallarında təhqir, təzyiqlərin, ümimiyyətlə insan hüquq və azadlıqlarının əleyhinə çıxan halların qarşısını alan maddələr nəzərdə tutulmalıdır. Amma bu, jurnalistlərin fəaliyyətini məhdudlaşdırmamalıdır. Onun sözlərinə görə, “Youtube” kanallarına nəzarət mexanizmi müzakirəyə buraxılmalıdır və  redaksiyalar bununla bağlı öz mövqeyini ortaya qoyandan sonra hansısa qanun qəbul etmək mümkündür:

 

“O ki qaldı, “Yotube” üzərindən olan televiziyalara lisenziya verilməsi məsələsinə, onsuz da internet televiziyaları lisenziyalaşdırıla bilmir. Bunun üçün də Tele-Radio Yayım Şirkətinin “Youtube”lə müqaviləsi olmalıdır. Bu da mümkün deyil. Çünki “Youtube” bizim Milli Teleradio Yayım Şurası ilə müqavilə bağlayıb bizdə açılan televiziyalara lisenziya verə bilməz”.

 

V.Məmmədov bildirib ki, medianı inkişaf etdirmək üçün fərqli planlar lazımdır:

 

“Medianın ən birinci maddi dəstəyə ehtiyacı var. Medianın reklam bazarına daxil olması Azərbaycan mediası üçün əlçatmazdır. Çünki şirkətlərin hamısı kimlərəsə, hansısa məmurlara məxsusdur. Müstəqil şirkətlər, zavod-fabriklər olsaydı, bəlkə də başqa cür olardı. Medianın inkişaf etdirilməsinin mexanizmi hazırlanmır. Bizdə daha çox medianın varlığını göstərmək üçün çabalar var. Amma məqsəd başqa olmalıdır. Əməllə niyyət üst-üstə düşməlidir”.

 

V.Məmmədovun fikrincə, əgər saytlara 3 min manat ayrılırsa, bir saytın bu pulla inkişaf elətdirilməsi gülüncdür:

 

“Yaxud bir televiziyanı necə inkişaf etdirmək olar. Biz internet televiziya deyirik, əslində isə biz blogger fəaliyyəti göstəririk. Hamı özü üçün bir blog açıb fikirlərini deyir. Maliyyələşməsində dəstək olacaqsa inkişaf edəcək. Puşkatma və siyahılaşdırma yolu ilə 100 media, televiziya kanalı seçilməli və dövlət ora pul ayırmalıdr. Hər internet televiziyaya, qəzetə 20-30 min ayırmalıdır. Bundan sonra bir jurnalist ordusu yaranmaqla müstəqil media formalaşdırmaq olar. Media qurumlarının qarşısına öhtəlik qoyulmalıdır. Hökumət borclu deyil ki, öhtəliyini verməyən mediaya 40 min versin.

Ümumiyyətlə, müstəqil+maliyyəsi olmayan hər hansı bir işdə inkişaf ola bilməz. Amma bu pul 3 min manat olmalı deyil.  Yox, sadəcə sayta, qəzetə 3 min verirsə, deməli sadəcə həmin medianın ayaq üstə dayanması üçün çalışır. Burda inkişafdan söz gedə bilməz”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür