"Masada diktə edən tərəf İrəvan deyil"

11:16 15-12-2021 | icon 514 | Siyasət
"Masada diktə edən tərəf İrəvan deyil"

Fuad Əliyev: "Revanşist qüvvələr ordunun içində hələ də var"

 

Ermənilər postmüharibə dönəmində də sülh və insanlıq əleyhinə cinayətlərini davam etdirirlər: istər Qarabağdakı separatçıların təxribatları olsun - terrorçu Mirzoyanın Şuşa yaxınlığında postumuza qumbara atması, üç hərbçimizi yaralaması, istər Sarkisyan adlı bir erməninin hərbçimizə hücum edib ondan silahını almağa cəhd göstərməsi olsun, istərsə 16 noyabrda sərhəd toqquşması, habelə Kəlbəcərdə atışma, həmçinin Daşaltı yaxınlığında iki vətəndaşımızın minaya düşüb həyatlarını itirməsi sülh əleyhinə olan hadisələrdir. Hətta sonuncu verdikləri mina xəritələrinin də dəqiqliyi şübhə doğurur.

 

Dekabrın 7-də Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı qaldırdığı “erməni hərbi əsirlər”lə bağlı vəsatətin təmin olunmaması da bir daha göstərdi ki, BMT onları hərbi əsir hesab etmir, bu silahlı şəxslər bizim ərazilərimizdə diversiya fəaliyyətinə cəhd edib, sülh əleyhinə cinayət törətmək istəyiblər. Ermənistan nəyə nail olmaq istəyir?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ermənilərin postmüharibə dövründə sakit dayanmamasına təəccüblənmədiyini bildirib.

 

Partiya sədrinin fikrincə, revanşist qüvvələr ordunun içində hələ də var. Fuad Əliyev bundan əlavə, Paşinyan hakimiyyətinin atəşkəsin pozulması ilə Rusiyanın imzası olan üçtərəfli sənədə etimadsızlıq görüntüsü yaratmağa çalışdığını vurğulayıb:

 

“Brüssel görüşünə qədər İrəvan hər cür hoqqadan çıxmağa can atdı və Minsk Qrupunu dövriyyəyə salmaq üçün bütün imkanlarını səfərbər edib. Paşinyan danışıqların Rusiyanın nəzarətindən çıxması üçün çalışır və göstərmək istəyir ki, 10 noyabr sənədi işə yaramadı, bölgədə yenə gərginlik var. Ancaq bu hərbi təxribatlar, atəşkəsin pozulması sülh əleyhinə cinayətlər olsa da, masada diktə edən tərəf İrəvan deyil”.

 

Fuad Əliyevin fikrincə, regionda kommunikasiyaların açılması ilə ermənilərin postmüharibə dövründəki bu cinayətlərinə son qoyulacaq:

 

“Artıq Soçidə razılaşma var, İşçi Qrupu toplaşır, sərhədlər dəqiqləşdikdən sonra bölgəyə əmin-amanlıq gələcək və bunu Rusiya da istəyir.

Əgər Ermənistandan Rusiyaya gedən dəmir yolu Azərbaycandan keçməklə hərəkət edəcəksə, ermənilər daha atəşkəsi pozmağa, hansısa diversiya fəaliyyətinə cəhd etməyəcəklər”. /"yeni müsavat"/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür