Versus.Az xəbər verir ki, “Azərkitab”da baş tutan təqdimat mərasiminin aparıcısı – Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı Azərbaycan-Misir ədəbi-mədəni, tarixi əlaqələrindən və Misirin Azərbaycanın dövlət müstəqilliyini tanımasının 30-cu ildönümü ərəfəsində olduğumuzdan söz açıb, ürək sözlərini bölüşüb.
O, Q.Paşayevanın kitabını iki qədim mədəniyyətə, qədim tarixə malik ölkənin ədəbi-mədəni əlaqələri baxımından əlamətdar hadisə adlandırıb, onun öz içəriyi, yanaşmaları baxımından Misir haqqında müstəqil Azərbaycanda çıxmış ilk belə kitab olduğunu deyib.
Kitabın müəllifi, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Q.Paşayeva təqdimat mərasimində iştirak edən Misirin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimi və onun xanımı İnas Abdelhadi Eissanı, səfirliyin tərcüməçisi Mafəddin Hümmətovu, Azərbaycan parlamentinin üzvlərini, görkəmli ədəbiyyatşünasları, tarixçiləri, şairləri, yazıçıları, QHT, KİV rəhbərlərini, gəncləri salamlayıb.
O, Misir Ərəb Respublikasına səfərlərindən, orada beynəlxalq konqres, simpoziumlarda iştirakından, görüşlərdən və ölkələrarası əlaqələrdən söz açıb:
“Azərbaycanla Misir arasında rəsmi və vətəndaş cəmiyyəti institutları xətti ilə baş tutan görüşlər, o cümlədən ziyalılarımızın səmimi, etibarlı və getdikcə güclənən əlaqələri, əməkdaşlığı sevindiricidir.
Misirin ölkəmizdə səfirinin timsalında, Misir ziyalılarına 44 günlük Vətən Müharibəsində bizim haqq işimizə verdikləri mənəvi dəstək üçün təşəkkür edirəm".
PƏRİ
Versus.Az