Dəmi qaynadanda nə baş verir?

09:45 21-12-2021 | icon 870 | Sağlamlıq
Dəmi qaynadanda nə baş verir?

15 dekabr Beynəlxalq çay günü 2005-ci ildən Hindistanın Mumbay şəhərində elan edilib.

 
 
 
15 dekabr çay istehsalı və çay bitkisinin əkilməsində, çayçılıqda problemləri qabartmaq və çay ənənələrini qorumaq üçün qeyd edilir. Dünyanın bir çox ölkələrində bu gün çay yarmarkaları, çay bayramı keçirilir. İnsanlar gündəlik ən çox istifadə etdiyi içkini fərqli tərəflərdən kəşf edir.
 
 
 
Versus.Az çay günü ilə bağlı çayın faydaları, düzgün dəmlənməsi ilə bağlı maraqlı faktları təqdim edir.
 
 
Mütəxəssislər çayın səhv dəmlənməsinin insan orqanizmi üçün zərərli olduğunu açıqlayıblar.
 
 
Xalq arasında deyilən "Çayı qaynatmazlar” sözü öz təsdiqini tapıb. Belə ki, qaynar su töküldükdən sonra qazın üstünə qoyulan və qaynadılan çay "xərçəng” riskini çoxaldır.
 
 
Araşdırmaçılar normal dəmlənmiş çaydan olduqca fərqlənən qaynadılmış çayı içməməyi tövsiyə edirlər.
 
 
Bəs siz paket çayların az qala ölüm mənbəyi olduğunu bilirdinizmi?
 
 
Bu çayların tərkibində çoxlu sayda zərərli maddələr var. Həm kağız paketlər, həm də neylon piramidalar şəklində hazırlanan belə çaylar çox ziyanlıdır.
 
 
Bu çayların hazırlanması üçün köhnə yarpaqlardan istifadə edilir ki, onların da tərkibində böyrəklərə zərər verən ftoridlərin miqdarı çoxdur.
 
 
Amma daha qorxulu fakt odur ki, paket çaylar kanserogen (xərçəng xəstəliyi törədən) qida məhsullarının siyahısındadır. Üstəlik, çayın bu növünə aludə olmaq təkcə xərçəng xəstəliyinə deyil, həmçinin sonsuzluğa da səbəb olur.
 
 
Paket çayların tərkibində xlor da daxil olmaqla, çoxlu təhlükəli birləşmələr var. Bu çayın tərkibində yer alan zəhərli maddələr təkcə həzm sistemini deyil, həmçinin sümük sistemini də dağıdır. Tədqiqatçıların bildirdiyinə görə, belə çaylar üçün paketləri xlorla ağardırlar. Çay hazırlayarkən həmin xlor qaynar suda həll olur və çayı içərkən orqanizmə daxil olur. Paketlər həmçinin epixlorohidrin maddəsi ilə də zəngindir ki, bu da sonsuzluq və xərçəng xəstəliyinin yaranması səbəblərindən biridir. /medicina.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...